Home » Beynəlxalq, Siyasət, Ümumi » Avropa Birliyi daha 29 İran rəsmisinə sanksiya qoydu

Avropa Birliyi daha 29 İran rəsmisinə sanksiya qoydu

AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, Avropa Birliyi oktyabrın 10-da İranda insan hüquqlarının pozulmasında birbaşa rolu olan daha 29 İran rəsmisinə sanksiya qoyub. Qurum bu il aprelin 12-də həmin ittihamla 32 İran rəsmisinə sanksiya qoymuşdu.
Sanksiyaya məruz qoyulan 29 İran rəsmisinin Avropa Birliyinə üzv ölkələrə səfər üçün viza verilməsinə qadağa qoyulub və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.
Oktyabrın 10-da Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında son aylarda İranda insan hüquqlarının daha kobud şəkildə pozulmasını, ölkədə yetkinlik yaşına çatmamış uşaqların və yeniyetmələrin edam olunmasını pisləyiblər.
Sanksiyaya məruz qoyulmuş İran rəsmilərinin adları hələlik açıqlanmasa da, quruma üzv ölkələrin xarici işlər nazirləri İran hakimiyyətini ölkədə din və məzhəb azadlığına hörmətlə yanaşmağa, dinc müxaliflərə qarşı repressiyaları dayandırmağa çağırıblar.
İclasa qatılan Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq jurnalistlərlə görüşündə İrana qarşı başqa sanksiyalar da qoyulacağını bildirib: “Bu sanksiyalar insan hüquqlarına riayət olunması məqsədi ilə İran hakimiyyətinə qarşı təzyiqi artırmaq üçündür”.
Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun sözçüsü də jurnalistlərə açıqlamasında İrana qarşı beynəlxalq təzyiqlərin artacağından danışıb: “İranda vəziyyət günü-gündən pisləşməyə doğru gedir. Biz vəziyyəti nəzarət altında saxlayırıq. Lazım olsa, növbəti tədbirləri həyata keçirəcəyik”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*