Home » Sosial, Təhsil sektoru, Ümumi » Ali təhsil müəssisələrinə qəbul planı 2,98 faiz artırıldı

Ali təhsil müəssisələrinə qəbul planı 2,98 faiz artırıldı

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, ötən illə müqayisədə bu il dövlət ali təhsil müəssisələrinin qəbul planı 1.68 faiz (435 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 10.39 faiz (474 yer) artıb. Ümumilikdə, builki qəbul planında 2,98 faiz (909 yer) artım var. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilində bildirilib.
Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərib ki, 2011-ci ildə Azərbaycan və rus bölmələri ucun ayrılıqda olan plan yerlərinin hesabına hər iki bölmənin birgə müsabiqəsi ucun ayrılan yerlər 33.69 faiz artıb. Planda aparılmış bu cur dəyişiklik müsbət nəticə verib. Çünki Azərbaycan və rus bölmələrinin abituriyentləri bəzən eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tamamilə fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə ucun ayrıldıqda isə, həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur.
Bu il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 86.96 faiz Azərbaycan, 13.04 faizi isə rus bölməsinin abituriyentləri olub. Birgə müsabiqə ucun olan yerləri nəzərə almasaq, bu bölmələrə ayrılmış qəbul planının 89.03 faizi Azərbaycan, 10.97 faizi isə rus bölməsinin payına düşüb. 2007-ci ildə ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların bölgüsü 5 qrupdan 4-ə endirildikdən sonra tələbə qəbulunda bu il ilk dəfə II ixtisas qrupunun qəbul planı III ixtisas qrupunun qəbul planından yüksək olub. Bu, bir tərəfdən son illər ərzində iqtisadiyyat və idarəetmə sahəsində ixtisasların qəbul planlarının artması ilə, digər tərəfdən cari ildə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının III ixtisas qrupundan II ixtisas qrupuna keçirilməsi ilə bağlıdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*