“Worldfood Moscow” sərgisində iştirak etmək istəyən ixracatçıların nəzərinə!…
|
AgahMedia.Com informasiya portalının İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, Rusiya Federasiyasının Moskva şəhərində 11-14 sentyabr 2017-ci il tarixlərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçılardan müraciətlərin qəbulu 1 iyun 2017-ci il tarixinədək uzadılır.
Sənədlər aşağıdakı ünvan üzrə 1 iyun 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumatı (destek@azpromo.az) elektron poçt ünvanından istifadə etməklə və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel.: +99412 5980147/48 (daxili 141)) müraciət etməklə əldə etmək olar.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒