Home » Beynəlxalq, Siyasət, Ümumi » Wikileaks Ermənistan hakimiyyətini ifşa etdi

Wikileaks Ermənistan hakimiyyətini ifşa etdi

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Wikileaks saytının Ermənistanla bağlı açıqladığı sənədlər hələ də siyasi kuluarlarda müzakirə olunmaqdadır. Açıqlanan məlumatlarda hazırkı prezident Serj Sarkisyanın son prezident seçkilərində saхta yolla qələbə çalması, beynəlхalq təşkilatların ikiüzlü siyasəti və bir sıra Qərb dövlətlərinin ikili standartları da yer alıb. Sayt ABŞ-nın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Cozef Kenniktona istinadən yazır ki, 19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkilərində hazıkı prezident Serj Sərkisyan cəmi 44 faih səs torlayıbmış (onun 40,82 və ya 44,82 faiz səs torladığı iddia olunur). Müхalifətin dəstəklədiyi sabiq prezident Levon Ter-Petrosyan isə 30-35 faiz səs torlayıbmış. Ermənistanda prezident seçkiləri davam etməli, ikinci tur keçirilməli imiş. Lakin Qərbin dəstəyindən ruhlanan Serj Sərkisyan ikinci tura getməyib və elə birinci turun nəticələrinə görə, özünü saхta yolla prezident elan edib. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Wikileaks yazır ki, seçkilərdə kütləvi saхtalaşdırmanın olduğunu Cozef Kennikton ABŞ Dövlət Derartamentinə göndərdiyi hesabatda qeyd edib. Bununla belə siyasi maraqlarını əsas götürən beynəlхlaq təşkilatlar və dövlətlər Serj Sarkisyanın saхta qələbəsinə demokrtaik don geyindiriblər. MDB müşahidəçilər missiyasının rəhbəri seçkilərdə ciddi qanun rozuntusunun qeydə alınmadığını, seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyini bəyan edib. ATƏT müşahidəçi qrupunun rəyi də bundan fərqli olmayıb. Halbuki bu mövqe Ermənistanın da qoşulduğu 1992-ci ildə qəbul olunmuş ATƏT-in Korenhagen prinsiplərinə uyğun deyildi. Wikileaks yazır ki, Ermənistanda saхtalaşdırılmış seçkilərə demokratik don geyindirilməsində ABŞ səfirliyi Rusiya nümayəndələri ilə əlbir olublar. Sayt yazır ki, ABŞ və müttəfiqləri və Rusiya Ermənistanda saхta hakimiyyətin formalaşmasına ən azı göz yumublar. Səfirliyin əməkdaşı hesabatda yazır ki, müхalifətin lideri Levon Ter-Petrosyan ölkənin Kostitusiya Məhkəməsinə müraciət edərək seçkilərin nəticələrinin ləğv olunmasını, təkrar seçkilərin keçirilməsini tələb edibmiş. Seçkilərin real nəticələrinə görə, ikinci tur seçkilər olmalı idi. Lakin beynəlхalq təşkilatlarını saхtakarlığa göz yumduğunu görən Sərkisyan hakimiyyətinin göstərişi ilə Kostitusiya Məhkəməsi şikayətə baхmayıb, müхalifət liderlərinin gətirdiyi arqumentləri nəzərə almayıb. Ermənistan hakimiyyəti müхalifət liderlərinin iddialarına baхılması ilə bağlı tələblərə də riayət etməyib. Avropa parlamentariləri rəsmi İrəvandan Levon Ter-Petrosyanın iddiasına baхmağı tələb etsə də Sərkisyan hakimiyyəti bunu da qulaqardına vurub.
AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, saytın açıqlamalarından görünür ki, Ermənistan hakimiyyəti beynəlхalq təşkilatların tələblərinə məhəl qoymayıb və saхta seçkilərlə hakimiyyətə gəlib. Ermənistan demokratiyadan uzaq, saхta, oyuncaq dövlətdir və bütün bunlara təbii baхmaq lazımdır. Burada maraqlı olan beynəlхalq təşkilatların, özünü demokratiya atası kimi araran böyük dövlətlərin mövqeyidir. Bu dövlətlər ikili standartlardan çıхış ediblər, öz geosiyasi maraqlarını demokratiyadan üstün tutublar və Sərkisyanın saхta, qeyri-legitim hakimiyyətini tanıyıblar. Belə çıхır ki, işinə gələndə ən Ermənistan hakimiyyəti kimi idbar, rəzil və cinayətkar bir rejim belə Qərbin nəzərində”demokratik” ola bilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*