Home » İdman, Ümumi » Voleybolda yeni dünya rekordu qeydə alındı

Voleybolda yeni dünya rekordu qeydə alındı

Kanada yığma komandasının voleybolçusu Hevin Şmitt yeni dünya rekordu müəyyən edib. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, Koreyanın “Samsunq Blüfenqs” klubunda çıxış edən kanadalı bir matçda 58 xal toplayıb. Kolumbiyalı Liberman Aqamesə məxsus olan əvvəlki rekord 55 xal idi.
Şmitt öz rekordunu “Liq İnşurens Qriters” komandasına qarşı görüşdə müəyyən edib. Həmin oyunda “Samsunq” yalnız tay-breykdə qələbə qazanıb (17-15). Bu matçda Şmitt 101 həmlədən 52-ni həyata keçirmiş, habelə 4 blok və 2 eys edib.
Bundan əvvəl Şmitt Yunanıstanın “Etnikos” və Fransanın “Araqo de Set” komandasının heyətində çıxış edib. Kanada yığmasının tərkibində 23 yaşlı voleybolçu 40 oyun keçirib.
“Samsunq Fayr Blüfenqs” Koreyada ən titullu klublardan biridir: o, beş dəfə ölkə çempionu adını qazanmış, iki dəfə isə ölkə birinciliyinin finalına çıxıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*