Uşaqlar üçün ən yaxşı və ən pis ölkələr…
|
AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, “Save The Children” təşkilatı 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında hesabat yaymışdır. Hesabatda bildirilir ki, son 10 ildə ilk dəfə olaraq aclıq çəkən uşaqların sayı artmışdır. Hesabatda uşaqlar üçün ən yaxşı və ən pis ölkələr yer almışdır. Bu, məktəbə gedən uşaqların sayı, uşaqlar arasında ölüm faizi və çəki azlığı göstəriciləri ilə müəyyənləşdirilmişdir.
Uşaqlar üçün ən pis ölkə Somalidir. Keçən il bu ölkədə baş verən ərzaq böhranı nəticəsində on minlərlə uşaq ölmüşdür. Yüz minlərlə uşaq isə evlərindən didərgin düşmüşdür.
Uşaqlar üçün ən yaxşı ölkələrin siyahısı da açıqlanmışdır. İlk onluğa daxil olan ölkələr Yaponiya, İspaniya, Kanada, İtaliya, Finlandiya, İslandiya, Fransa, Böyük Britaniya, Almaniya və Norveçdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒