Home » Beynəlxalq, Siyasət, Ümumi » Türkiyənin baş naziri: Sarkozi bunu bilmirsə, atasından soruşsun!

Türkiyənin baş naziri: Sarkozi bunu bilmirsə, atasından soruşsun!

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Türkiyənin baş naziri Fransa prezidentinə Əlcazair qətliamı haqqında öyrənməyi məsləhət görüb
“Əlcəzairdə 1945-ci ildən etibarən əhalinin 15 faizi fransızların soyqırımına məruz qalıb. Bu, bir soyqırımdır. Əgər Fransa prezidenti Nikola Sarkozi bunu bilmirsə, atasından soruşsun. Atası 1940-cı ildə Əlcəzairdə əsgərlik edib. Əminəm ki, oğluna qətliam haqqında deyəcəyi çox sözü var”, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Sarkozinin babası İspaniyadan qaçaraq Osmanlı imperiyasına sığınıb. Daha sonra isə Fransaya köç edib.
Baş nazir İspaniyadan qaçıb Osmanlıya sığınan yəhudilərin bu gün Yunanıstanda olan Selanikə yerləşdirildiyini deyib. O, Selanik Osmanlıdan ayrılandan sonra 1904-cü ildə Fransaya köç edən Benedikt Mallanın Sarkozinin babası olduğunu qeyd edib.
“Hörmətli Sarkozi, Türkiyənin tarixində soyqırım yoxdur. Sarkozi əgər öz ailəsinə baxarsa, orda türklərin yardımından və xoş niyyətindən başqa bir şey görməyəcək”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*