Ramazanda ibadətlər
|
Allah-Təala kainatı və onda olan digər məxluqatları yaratdıqdan sonra yer üzərində öz xəlifəsi olan insanı yaratdı. İnsan fitrətən pak, yalan danışmayan, paxıl və həsədi olmayan, zülm etməyən, başqasının haqqına təcavüz etməyən, fitnəkar, fəsad törətməyən və qan tökməyən bir varlıq olaraq yaradılmışdır. Fitrətən iradəsi azad yaradılmasına baxmayaraq, özünü tənzimləməkdən ötrü ona əql verilmişdir. Əqlin köməyi ilə, azad şəkildə yaxşını pisdən ayırıb yaxşını yerinə yetirməklə Allah-Təalanın ən gözəl bəndəsi ola bilir. Bütün bu saydıqlarımıza baxmayaraq insan övladı içindəki nəfsi istəkləri, ətrafındakı mənfi mühiti və digər mənfi səbəblərdən ötrü yolunu azır. Nəticədə isə yalan danışana, paxıla, həsəd aparana, zülm edənə, başqasının haqqına təcavüz edənə, fitnəkara, fəsad törədənə və qan tökənə çevrilir.
Lütf sahibi olan Allah-Təala yaratdığı insanı nəfsi istəklərinin və onu əhatə edən mənfi mühitin təsirindən çıxartmaqdan ötrü rəhmət olaraq səmavi Kitabları və Peyğəmbərləri göndərmişdir. Allah-Təala onlar vasitəsilə yolunu azmış insanları düz yola yönəldib yaxşı işlər yerinə yetirməkdən ötrü ibadətin nə dərəcədə müsbət rolu olduğunu zikr etmişdir. Buna misal olaraq “Qurani-Kərim”də çoxlu ayələr vardır ki, bunu aydın şəkildə bəyan edir. Həmin ayələrin sayının çox olduğuna görə bəzilərinə işarə edirik. Allah-Təala “Qurani-Kərim”də buyurur:
“(Ya Məhəmməd) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər…” (əl-Ənkəbut 45).
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183).
Bu kimi digər ayələr vardır ki, onlar insanın pis işlərdən çəkindirib yaxşı işlərə yönəltməkdən ötrü ibadətin ən böyük əhəmiyyətə malik olduğuna işarə edir. Bəşər övladının keçmişinə və bu gününə diqqət yetirəndə onun başının həmişə nəyə isə qarışıq olduğunu görürük. Yarandığı gündən bu günə kimi həmişə yaşamağından ötrü daim mübarizə aparmışdır. Apardıqları mübarizələr çox vaxt kimlərin isə haqqını tapdalayıb onlara zülm etməklə sona çatmışdır. Bu mübarizələrin çoxluğundan insanların çoxu Yaradanını unutmuş və onun əmrlərini ayaq altına almışlar. Mehriban və Mərhəmətli Allah insanları düşdüyü bu zülm quyusundan çıxarmaqdan ötrü bəzi aylarda müharibəni və döyüşləri haram bəzi aylarda isə bəzi ibadətləri vacib buyurmuşdur. Necə ki, Allah buyurur:
“(Ya Məhəmməd) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır…”(əl-Bəqərə 217).
Bunun fəlsəfəsinə baxdıqda Allah-Təala arası kəsilməyən müharibələri və döyüşləri saxlamaqla insanlar sülhə və sakitçiliyə dəvət edir. Çünki müharibələrin və döyüşlərin alovu sönməklə insanlar da düşünməyə macal yaranacaqdır. Deməli bununla da bəşər övladını qəflət yuxusundan oyadıb insanlıq təkamülünə gedən yolunu axtarıb tapmasına fürsət yaranmış olur. Digər bir tərəfdən də onu ibadətlərə dəvət etməklə qərq olduğu cəhalət quyusundan çəkib çıxartmaqla yanaşı həmdə onu uca bir pilləyə qaldırmasına kömək olur. Həmin ibadət aylarından biri də mübarək Ramazan ayıdır ki, İnsan bu ayda Allahın əmri olaraq namaz qılıb, oruc tutub, dua və zikr edib, tövbə etməklə yanaşı ona qadağa olunmuş işlərdən çəkinməklə özünün mənəviyyatını sağalda biləcəkdir. Ramazan ayında olunan ibadətlərin təsiri və savabı digər aylarda olunan ibadətlərin təsirindən və savabından qat-qat soxdur. Peyğəmbəri-Əkrəm (s) Ramazan haqqında elədiyi xütbəsində bu ayın fəzilətinə və onda olunan ibadətlərə işarə etmişdir. Həzrətin (s) elədiyi xütbə çox geniş olduğuna görə yazımızda onun bəzi qisimlərinə toxunuruq. Peyğəmbər (ə) buyurur:
“O bir aydır ki, Allahın ziyafətinə dəvət olunmusuz, siz orada Allahın kəramət əhlindən qərar verilmişsiniz, aldığınız nəfəslər zikrdir, yatmağınız ibadətdir, elədiyiniz əməllər qəbul olunmuşdur, etdiyiniz dualar müstəcəbdır. Allahdan pak qəlbinizlə və sadiq niyyətinizlə oruc tutmağa və onun Kitabını (Quranı) tilavət etməyə nail olmağınız üçün tofiq diləyin”.
Ramazan ayın ən böyük ibadətləri oruc tutmaq və Quran oxumaqdır. Bu o demək deyil ki, biz bu ikisi ilə kifayətlənək, bunlardan əlavə olaraq Ramazanla bağlı olan kitablarda göstərilən kitablardakı qeyd olunan namazlar, dualar və s əməlləri yerinə yetirək. Çünki onlara əməl etməklə tutduğumuz orucu şərafətləndirib və onu mükafatının Allah yanında çoxalmasına səbəb olacaqdır. Ramazan ayının gündəlik dualarının çox olmasına görə gündəlik dualar arasında olan bəzi müştərək duaları qeyd edirik. İmam Sadiq (ə) və İmam Kazımdan (ə) nəql olunur ki, Ramazan ayında əvvəlindən axırına qədər hər vacibi namazdan sonra bu duanı oxumaq yaxşıdır:
1)
1-“Allahummər-zuğni həccə beytikəl həram fi ami hazə və fi külli amin ma əbğəytəni fi yusrin minkə və afiyətin və səəti rizzqin və la tuxlini min tilkəl məvaqifil kərimə vəl məşahidiş-şərifə və ziyarəti qəbri nəbiyyikə sələvatukə əleyhi və alihi və fi cəmii həvaicid-dünya vəl axirəti fəkun li. Allahummə inni əs-əlukə fima təğzi və tuqəddiru minəl əmril məhtum fi ləylətil qədri minəl qəzail-ləzi la yrəddu və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl hərammil-məbrur həccuhumul-məşkur səyuhumul-məğfur zunubuhumul-mukəffəri anhum səyyiatuhum vəc-əl fima təqzi və tuqəddiru ən tutilə ən ömri və tuvəssiə əlayyə rizqi və tuəddiyə anni və dini Amin rəbbəl aləmin”
2-“Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim. Əntə Rəbbul Əzim əlləzi ləysə kəmislihi şəyun və huvəs-səmiul bəsir və hazə şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu əlaş-şuhur və huvəş-şəhrul ləzi fərdtə siyaməhu ələyyə və huvə şəhru- Ramazan əl-ləzi ənzəltə fihil Quran hudən linnasi və bəyyinatin minəl huda vəl Furqan və cə-əltə fihi ləylətəl qədri və cə-əltəhə xeyrən min əlfi şəhrin fə yazəl mənni və la yumənnu əleykə munnə əleyyə bifəkaki rəqəbəti minən-nari fi mən təmunnu əleyhi və ədxilnil-cənnətə bi-rəhmətikə ya ərhəmər-rahimin”.
3-“Allahummə ədxil əla əhlil quburis-surura, Allahummə əğni kullə fəqir, Allahummə əşbih kullə cain, Allahummək-su kullə üryan, Allahumməğ-zi dəynə külli mədin, Allahummə fərric kullə məkrub, Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir, Allahummə sudda fəqrəna bi-ğinakə, Allahummə ğəyyir suə halına bi-husni halik, Allahumməğ-zi ənnad-deyna və əğnina minəl fəqri innəkə əla kulli şəyin qədir”.
2-Bacardığı qədər “Qurani-Kərim”i tilavət etmək.
2)
1-Əgər özündə zəiflik hiss etməzsə və bir yerə iftara dəvət olunmazsa iftarını şam namazından sonraya saxlasın.
2-İftarını haramla qarışığı olmayan, şübhəli olmayan halal xurma və ya hər hansı bir şirin şey və ya nabatla acsın.
3-İftar açarkən iftar duasını oxusun “Allahummə, ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu fətəqəbbəl minni innəkə əntəs-səmiul-əlim. Allahummə ya vasiəl-məğfirəti iğfirli”.
4-İftar vaxtı gücü çatdığı qədər sədəqə vermək.
5-Hər gecə “əl-Qədr” surəsini çox sayda oxumaq.
6-“əd-Duxan” surəsini çox oxumaq.
7-Hər gecə bu duanı oxumaq “Allahummə rəbbə şəhri Rəmazan əl-ləzi ənzəltə fihil-Quran vəftərədtə əla ibadikə fihis-siyamə səlli əla Muhəmmədin və ali Mühəmməd. Vərzuqni həccə beytikəl-həram fi ami hazə və fi külli amin vəğfir li tilkəz-zunubəl-izam. Fə-innəhu la yəğfiruha ğeyrukə ya rəhmanu ya rəhim”.
8-Coxlu sayda iki rükətli namaz qılmaq.
Və bunun kimi digər ibadətlər vardır ki, onlara əməl etmək istəyənlər Ramazan ayında olunan ibadətlərlə bağlı kitablara nəzər salsınlar, çünki orada daha geniş formada izahı verilmişdir. Allah mübarək Ramazan ayında etdiyiniz bütün ibadətləri qəbul etsin.
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
İstinad Mənbəyi: Qafqaz Müsəlmanları İdarəsi
Bu kontentin portalımızda yayınladığı tarix : 27/07/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒