Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Siyasət, Sosial, Ümumi » Prezident İlham Əliyevdən subsidiyalarla bağlı sərt xəbərdarlıq

Prezident İlham Əliyevdən subsidiyalarla bağlı sərt xəbərdarlıq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Ilham_Aliyev

“Kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi indi bütün inkişaf etmiş ölkələrdə mövcuddur, bizdə də belə olmalıdır. Bu barədə artıq burada deyildi. Eyni zamanda, əvvəlki tezisə də qayıtmaq istəyirəm ki, biz dövriyyəyə buraxılacaq yeni əkin sahələrini də təmin etməliyik və edəcəyik”. AgahMedia.Com portalının “Azadinform” agentliyinə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda yekun çıxışı zamanı deyib. Prezident qeyd edib ki, biz iri fermer təsərrüfatlarını yaradırıq, yaratmalıyıq: “Ancaq, eyni zamanda, kiçik və ailə fermer təsərrüfatları da yaddan çıxmamalıdır. Bu sahədə də gözəl beynəlxalq təcrübə vardır. Sadəcə olaraq, biz bunu Azərbaycanda tətbiq etməliyik ki, ailə fermer təsərrüfatları yaradılsın, xüsusilə südçülükdə. Dövlət də öz dəstəyini verəcəkdir, o cümlədən maliyyə dəstəyini kreditlər şəklində verəcək”.
Prezident qeyd edib ki, subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir: “Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq Sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü Sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər. Ümumi məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*