Prezident bir neçə rayona yeni icra başçıları təyin etdi
|
AgahMedia.Com portalının “Səs” informasiya agentliyinə istinadən məlumatına görə, Azərbaycanın bir sıra şəhər və rayonlarının İcra hakimiyyətlərinə yeni başçılar təyin olunub. Azərbaycan prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Taleh Qaraşov Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunub.
Dövlət başçısı imzaladığı sərəncamlarla Qəzənfər Arif oğlu Ağayevi Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib və onu Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Əlibaba Nəcəf oğlu Əliyev Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısı Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə Adil Ənvər oğlu Vəliyevi təyin edib.
Prezident İlham Əliyev həmçinin Vilyam Fəhralı oğlu Hacıyevin Samux rayonu İcra Hakimiyyətinin başçısı, Əbülfəz Yusif oğlu Ağayevin isə İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
Ölkə rəhbəri Rafil İsrafil oğlu Hüseynovun Masallı rayonu İcra Hakimiyyətinin, Vilyam Fəhralı oğlu Hacıyevin isə İmişli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncamlar imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir şəhəri İcra Hakimiyyətinin başçısı, Tofiq Hüseyn oğlu İbrahimov isə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒