Home » Maraqlı, Ümumi » Obama ailəsinin qazancı…

Obama ailəsinin qazancı…

Cənab Obama ilə xanımı gəlirlərinin 6%-ni 2009-cu ildə xeyriyyə təşkilatlarına veriblər AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə,ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel 2009-cu ildə 5.5 milyon dollar gəlir əldə ediblər.
Ağ Evə əsasən bu pullar əsasən kitab satışından əldə edilib. Vergi sənədləri göstərir ki, cənab Obama 2009-cu ilin yanvar ayında prezident seçiləndən sonra cütün gəlirləri iki dəfə artıb. Bu məbləğə cənab Obamanın Nobel mükafatından əldə etdiyi 1.4 milyon dollar daxil deyil. O, bu pulu 10 xeyriyyə təşkilatına verib. Cütün ümumi məbləği 1.8 milyon dollar olan gəlirinin üçdə biri vergiyə gedib. Bu detalları aprelin 15-də Ağ Ev açıqlayıb. Aprelin 15-i ABŞ-da vergi ödəmək üçün son gündür. Gəlirin əsas hissəsi prezidentin Dreams of my Father və The Audacity of Hope kitablarından əldə etdiyi qonorarlardır. Nobel puluna əlavə olaraq Obamalar ailəsi 329 100 dolları 40 müxtəlif xeyriyyə təşkilatına ödəyib. Bu isə onların gəlirinin 6% deməkdir. Bu gəlir vitse-prezident Co Bayden ilə onun xanımı Cilin gəlirindən qat-qat üstündür. 2008-ci ildə Obamalar 2.65 milyon dollar gəlir əldə ediblər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*