Müğənni Elnarə reklam üçün yalan danışdığını etiraf etdi
|
Müğənni Elnarə 71 min avroya yeni çəkdirdiyi “Gentleman” klipinin qiyməti barədə maraqlı açıqlama verib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Elnarə klipin bu qiymətə çəkilməsinə inanmayanları, nəhayət haqlı çıxarıb: “Əslində mən bu klipə 1 manat da xərcləməmişəm. Çalışdığım şirkətin piar kampaniyası belə idi. Mənə demişdilər ki, klipin 71 min avroya çəkildiyini açıqlayım. Mən də dedim və istədiyimizi aldıq. Bomba kimi partladı. Bunu ancaq reklam məqsədilə demişdik. Şirkətlə müqavilə bağlamışam. Bütün işləri komanda görür. Qazancımızın neçə faizinin mənə çatacağı isə biznes sirridir”.
Onu da qeyd edək ki, Elnarə ailəsilə bu yaxınlarda yeni evə köçüb. Hazırda başı evin bəzək-düzək işinə qarışan sənətçi öz evlərinin olmasını çoxdan arzuladığını söyləyib.Xatırladaq ki, Elnarə ailə qurandan qayınanasıgilin evində yaşayırdı.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒