Mübariz Əhmədoğlu: Rusiyada baş verən proseslərdə ermənilərin rolu böyükdür
|
AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə,Siyasi İnnovasiya və Texnologiyaları Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Qarabağ saatı” mövzusunda növbəti tədbirində daha çox erməni və azərbaycanlı icmalarının Moskvada planlaşdırılan görüşündən və Rusiya Ermənistan münasibətlərinə toxunan Mübariz Əhmədoğlu bildirdi ki, icmaların görüşünün keçirilməsi vacibdir. Onun sözlərinə görə, belə bir missiyanı Rusiyanın öz üzərinə götürməsi isə şimal qonşumuzun beynəlxalq ictimaiyyətdə dağılan imicinin bərpasına yönəlib: “İcmaların görüşünün təşkilini Almaniya, daha sonra Fransa təşkil etmək istədi. Ancaq nədənsə bu baş tutmadı. İndi Rusiya bu yöndə səy göstərir. Çünki münaqişənin həll olunmaması, belə vəziyyətdə qalması birbaşa Rusiyanın beynəlxalq imicinə zərbədir”. Politoloq Rusiya-Ermənistan münasibətləri barəsində danışarkən bildirib ki, bu münasibətlər mənfi məcrada cərəyan edir: “Rusiya daxilində baş verənlərdə ermənilərin əlləri var. Bu tarix boyu belə olub. Ermənilər Qərbin maraqlarından çıxış edərək böyük dövlətlər daxilində müəyyən çaxnaşma yaratmağa üstünlük verirlər. Rusiya daxilində baş verənlər də bu qəbildəndir. Bunu əsaslandırmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Proseslərə oktyabr ayının birinci 10 günlüyündən start verilib. Bundan başqa son zamanlar Kremldə yüksək postları tutan ermənilərin sayında müəyyən artım var idi. Əgər yaxın illərə qədər bu rəqəm az miqdarda idisə indi demək olar ki, Kremldə bütün strateji postlarda duran ermənilər var. Bu kimi faktlar deməyə əsas verir ki, baş verən proseslərdə ermənilərin rolu, çəkisi böyükdür. Əgər Rusiya ermənilərin ipini yığa bilsə onda baş verən proseslər səngiyəcək, yox əksinə Rusiya ermənilərlə bacara bilməsə, onda bu ölkə xırda dövlətlərə parçalanacaq”. Politoloq onu da qeyd edib ki, icmaların Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi dönüş yarada bilər: “İcmaların Moskva görüşü dialoqun bünövrəsini qoya bilər. Belə ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Rusiya nümayəndələrinin görüşündən sonra format genişləndirilə bilər. Belə olan halda növbəti görüş Dağlıq Qarabağda da təşkil edilə bilər. Bu isə təbii ki, ümumi işin xeyrinədir”. Ermənilərin icmaların görüşü məsələsinə müəyyən maneə törətdiyini qeyd edən M.Əhmədoğlu bu yöndə ermənilərin ortaya qoyduğu faktların heç bir reallığa söykənmədiyini vurğuladı: “Ermənilər deyir ki, Dağlıq Qarabağ icması termini yoxdur. Ancaq gəlin baxaq. Heç uzağa getməyək, elə erməni ekspertlərin özləri bu termini dəfələrlə istifadə edib. Rusiyanın diplomatları da icma terminindən geniş istifadə edirlər. Bunlar faktdır.”
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒