Home » İdman, Ümumi » İran Braziliya ilə oynayacaq

İran Braziliya ilə oynayacaq

İranın İSNA agentliyi məlumat verib ki, Braziliya ilə İranın milli futbol yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.

AgahMedia.Com portalının “Azadlıq” radiosuna istinadən məlumatına görə, İranın Futbol Federasiyasının rəhbəri oyunun oktyabrın 6-ı, ya da 7-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini deyib. Onun dediyinə görə Braziliya oyuna güclü komanda çıxarmağa söz verib və bildirdiyinə görə bu oyuna görə İran heç nə ödəməyəcək.Əsasən İran prezidenti Mahmud Əhmədinejadın Holokostu danan çıxışlarına görə əksər komandalar bu ölkənin milli yığması ilə yoldaşlıq oyunları keçirməkdən imtina edirlər. İndiki oyun isə İranın nüvə proqramını müdafiə edən Braziliya prezidenti Luiz İnasio Lulanın Əhmədinejadla şəxsi əlaqələrinin məhsulu hesab edilir.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*