Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Siyasət, Sosial, Texno, Ümumi » İlham Əliyev 2013-cü ili İnformasiya kommunikasiya texnologiyaları ili elan etdi

İlham Əliyev 2013-cü ili İnformasiya kommunikasiya texnologiyaları ili elan etdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Ilham_Aliyev

Düşünülmüş iqtisadi siyasət nəticəsində bütövlükdə ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında bunu bəyan edib. Dövlət başçısı deyib ki, ötən il ümumi daxili məhsul 2,2, qeyri-neft sənayesi 8, kənd təsərrüfatı məhsulları istehsalı 6, əhalinin pul gəlirləri 13,8 faiz artıb, inflyasiya 1,1 faiz səviyyəsində olub. 2012-ci ildə sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdıran prezident İlham Əliyev diqqətə çatdırıb ki, sovet dövründən dondurulmuş əmanətlərin vətəndaşlara kompensasiya şəklində ödənilməsi proqramının böyük hissəsi icra edilib. İnvestisiya xərcləri 22 milyard dollardan çox olub. «Əlamətdar haldır ki, ümumi investisiyalar portfelində daxili investisiyalar üstünlük təşkil edir» – deyən dövlət başçısı bildirib ki, bu ilin büdcəsi rekord səviyyəyə-20 milyard manata çatıb. Hazırda ümumi valyuta ehtiyatlarımız 46 milyadr dollar həcmindədir. Ötən il sosial infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışan prezident İlham Əliyev yüzlərlə məktəb, xəstəxana, idman qurğusu və digər sosial obyektlərin tikildiyini və əsaslı təmir olunduğunu deyib. Bu sahədə ən böyük vəsait qaçqın və məcbur köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına sərf olunub. Dövlət Neft Fondundan 2012-ci ildə bu məqsədlə 300 milyon manat ayrılıb. Ölkə başçısı regionların inkişafı ilə bağlı qəbul edilən proqramların uğurlu icrası nəticəsində ötən il 117 min və bütövlükdə ilk proqramın qəbul olunduğu vaxtdan bəri 1 milyon 200 min yeni iş yeri yaradıldığını diqqətə çatdırıb. Ötən il işsizliyin səviyyəsi 5,2, yoxsulluğun səviyyəsi isə 6 faizə düşüb. Prezident İlham Əliyev 2012-ci ildə Bakı və ətraf qəsəbələrin sosial infrastrukturunun yaxşılaşdırılması, ölkədə sənayeləşmənin genişləndirilməsi, kiçik və orta sahibklarlığın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş tədbirlərin görüldüyünü də bildirib. 2012-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi səciyyələndirən dövlət başçısı bu sahədə ən böyük nailiyyət kimi ötən il ölkəmizin BMT TŞ-na sədrlik etməsini önə çəkib. Ötən il nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrdən danışan dövlət başçısı vurğulayib ki, Qoşulmama hərəkatı və NATO-nun zirvə görüşlərində qəbul edilən yekun sənədlərdə münaqişənin ölkələrin ərazi bütövlüyü əsasında həlli konkret olaraq öz əksini tapıb.
Ordu quruculuğu ilə bağlı ötən il böyük işlərin görüldüyünü diqqətə çatdıran dövlət başçısı 2012-ci ildə ümumi hərbi xərclərin 3 milyard dollardan çox olduğunu, bu il isə həmin vəsaitin 3,7 milyard dollara çatdırılacağını bildirib. Enerji sahəsində ötən il əldə olunmuş uğurlara toxunan dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TANAP layihəsinin təməlinin qoyulmasını tarixi hadisə kimi dəyərləndirib. 2013-cü ildə də qarşıda duran vəzifələrdən danışan dövlət başçısı əvvəlki illərdə olduğu kimi bütün proqram və layihələrin bu ildə də uğurla icra olunacağına əminliyini vurğulayıb. Prezident deyib ki, investisiya layihələri proqramlarında elektrik enerjisi və təbii qazla təchizat, həmçinin içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilməsi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya tədbirlərinin genişləndirilməsi əsas yer tutacaq. Ölkə başçısı bildirib ki, bu ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin də həcmi artıb. 2013-cü ildə əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. Bu il həmçinin 70-dən çox tibb müəssisəsinin inşa edilməsi və təmir olunması, bütün qəzalı vəziyyətdə olan məktəblərin təmiri, maaşlar və pensiyaların artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən birinin də makro-iqtisadi sabitliyin qorunması və inflyasiyanın 1 rəqəmli səviyyədə saxlanmasından ibarət olduğunu diqqətə çatdırıb. 2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha ciddi xarakter alacağını bildirən dövlət başçısı bununla bağlı elektron xidmətlərə keçid prosesinin sürətləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmini ilə əlaqədər dövlət qurumlarına konkret tapşırıqlar verib. Regionların inkişafına dair qəbul edilən 2-ci dövlət proqramının uğurla icra olunduğunu deyən prezident İlham Əliyev invsetisiyaların böyük hissəsinin regionlara yönəldildiyini deyib. Dövlət başçısı bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəyini də qeyd edib. 2013-cü ildə sənaye istehsalı ilə bağlı ciddi addımlar atılacaq. Gəncə, Sumqayıt şəhərlərində, Bakının Qaradağ rayonunda sənaye mərkəzlərinin yaradılması və yeni texnoparkların genişləndirilməsi davam etdiriləcək. Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıqla bağlı görüləcək işlərdən də danışıb. Ölkə başçısı həmçinin, gələn ay Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılacağını da qeyd edib. Prezident 2013-cü ili İnformasiya kommunikasiya texnologiyaları ili elan edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*