Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Siyasət, Ümumi » Forbes jurnalı dünyanın ən varlı siyasətçilərinin adlarını açıqladı

Forbes jurnalı dünyanın ən varlı siyasətçilərinin adlarını açıqladı

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, Forbes jurnalı bu dəfə dünyanın ən varlı siyasətçilərinin siyahısını tərtib edib. Siyahıya əsasən dünyann ən varlı siyasətçisi Nyu-Yorkun meri Maykl Blumberqdir. O, “Blumberq” informasiya agentliyinin sahibidir. M. Blumberq 2001-ci ildə Nyu-Yorkun meri olduqdan sonra öz maaşını 1 dollar təyin edib və yalnız şəxsi biznesindən əldə etdiyi gəlir hesabına yaşayır.
Siyahının ikincisi Rusiyada prezident seçkilərində iştirak edən siyasətçi Mixail Proxorovdur. Siyasətçilər arasında üçüncü ən varlı şəxs isə Gürcüstanın hazırki baş naziri Bidzina İvanişvilidir. Forbesin siyahısında növbəti yeri İtaliyanın keçmiş baş naziri qalmaqallı siyasətçi Silvio Berluskoni tutur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*