«Eurovision 2012» mahnı yarışması «Light your fire» şüarı altında keçiriləcək
|
AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, «Buta Palas»da «Eurovision Mahnı Müsabiqəsi»nin təntənəli Açar təqdimetmə və Püşkatma mərasimi keçirilib. İctimai Televiziya, eləcə də 6 ölkəyə canlı yayımlanan möhtəşəm tədbirdə əsl şou yaşanıb. Mərasim Odlar diyarı Azərbaycan haqqında roliklə başlayıb.
Sonra isə müsabiqənin loqo və şüarı açıqlanıb. Beləliklə ölkəmizin ev sahibliyini edəcəyi 57-ci «Eurovision» mahnı müsabiqəsi «Light your fire» şüarı altında keçiriləcək.
Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers Azərbaycanda bu müsabiqənin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. “Mən burda olduğumdan çox şadam. Ötən il biz çox gözəl xatirələrlə yada salırıq. Həmin gözəl anlar bu il Bakıda yaşanacaq.” Sonra o, «Eurovision» Mahnı Müsabiqəsinin Açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. «Eurovision» Mahnı Müsabiqəsinin İcraedici rəhbəri Yan Ola Sand isə Azərbaycanda keçiriləcək yarışmanı səbirsizliklə gözlədiyini deyib. Müsabiqənin təşkilində Heydər Əliyev Fondu ilə imzalanmış müqavilənin müstəsna əhəmiyyətindən danışan Yan Ola Sand Fondun dəstəyinin müsabiqənin möhtəşəm və mükəmməl təşkilinə zəmanət yaratdığını bildirib. O, odlar yurdu və nağıllar aləmi olan Vətənimizin bu müsabiqəyə hazırlığını yüksək dəyərləndirib.
Sonra puşkatma keçirilib. 57-ci «Eurovision» mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək. Almaniya, İtaliya, İspaniya, Fransa, Birləşmiş Krallıq və Azərbaycan birbaşa finalda iştirak edəcək ölkələrdir. Səsvermə hüququndan 1-ci yarımfinalda İtaliya, Azərbaycan və İspaniya, 2-ci yarımfinalda isə Birləşmiş Krallıq, Fransa və Almaniya istifadə edəcək. 1-ci yarımfinalında 18, 2-ci yarımfinalda isə 19 ölkə çıxış edəcək.
1-ci yarımfinalda iştirak edəcək ölkələri təqdim edirik.
Monteneqro
İslandiya
Moldova
Kipr
Rumuniya
Avstriya
Albaniya
Danimarka
Rusiya
Belçika
Latviya
San Mariino
İsveçrə
Finlandiya
İsrail
Yunanıstan
İrlandiya
Macarıstan
2-ci yarımfinalda çıxış edəcək ölkələr isə bunlardır.
Serbiya
İsveç
Gürcustan
Niderland
Portuqaliya
Sloveniya
Makidoniya
Estoniya
Belarus
Türkiyə
Malta
Sloveniya
Xorvatiya
Norveç
Ukrayna
Ermənistan
Litva
Bolqarıstan
Bosniya və Hersoqovina
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒