Home » Maraqlı, Ümumi » Dünyanın ən bahalı şəhərləri sırasında Bakı 49-cu oldu

Dünyanın ən bahalı şəhərləri sırasında Bakı 49-cu oldu

“ECA” Beynəlxalq Təşkilatı ötən il olduğu kimi, bu il də dünyanın ən bahalı şəhərlərini müəyyənləşdirib. Azərbaycanın paytaxtı Bakı şəhərində 2010-cu ildən fərqli olaraq 2011-ci ildə bahalaşmanın olmadığı ortaya çıxıb.AgahMedia.Com portalının “SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, ötən ilin yekunlarına görə, dünyanın ən bahalı 30-cu şəhəri olan Bakı bu il 49-cu yerə düşüb. Ötən il olduğu kimi, bu il də dünyanın ən bahalı şəhəri Tokiodur. Dünyanın ən bahalı şəhərləri sırasında ikinci yerdə Oslo, üçüncü yerdə Naqoya, dördüncü yerdə Stavanger, beşinci yerdə isə Yokohama qərarlaşıb.Dünyanın 20 ən bahalı şəhərləri sırasında yer alan Sidneydə ərzağın qiyməti 5,2% artıb, Avstraliya dolları möhkəmlənib ki, bu da mənzillərin qiymətinə təsir edir.
Papua Yeni Qvineyada 9,7%, Banqladeşdə 7%, Vyetnamda 6,2%, İndoneziyada 5,8%, Honq Konqda isə 5,5% bahalaşma var. Xanoy, Kəraçi şəhərlərində isə digər şəhərlərdən fərqli olaraq, ucuzlaşma var. 242-ci pilləni tutan Kəraçi Asiyada və ümumilikdə dünyada ən ucuz yer hesab olunur. Rusiyanın Moskva şəhəri dünyanın ən bahalı 14-cü, Sankt-Peterburq isə 38-ci şəhəridir.  AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, Norveçin paytaxtı Oslo Avropanın birinci, dünyanın isə ikinci ən bahalı şəhəri hesab olunur.  Amerikanın ən bahalı şəhəri Venesuelanın paytaxtı Karakasdır. Ondan sonra Braziliyanın Rio-de-Janeyro və San-Paolo şəhərləri gəlir. Şimali Amerikada isə ən bahalı şəhər Vankuver, Ottava, Toronto və Manhettendir. Afrikanın ən bahalı şəhəri Anqolanın paytaxtı Luandadır. Sonrakı yerlərdə Librevil və Kinşasa gəlir. Onu da bildirmək yerinə düşər ki, Afrika ən ucuz paytaxtlara sahibdir. Maseru, İsgəndəriyyə, Durban da dünyanın ucuz şəhərləri sırasına daxildir. Yaxın Şərqin ən bahalı şəhəri Tel-Əviv sayılır. Onunla Dubay arasında qiymət baxımından çox böyük fərq var. 175-ci pillədə qərarlaşan Dubaydan fərqli olaraq, Tel-Əviv 29-cu pillədədir.
“ECA” reytinq cədvəlini hazırlayarkən şəhərlərin qida, içki, siqaret, eyni zamanda geyim, texnika, yaşayış evləri və kommunal xidmətlərin qiymətlərini əsas götürüb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*