Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı
|
Məşhur “Forbes” dərgisi dünyanın ən bahalı futbol klublarının yenilənmiş reytinqini dərc edib. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, 2004-cü ildən başlayaraq ilk dəfə bu siyahıda birinci yeri 3,3 milyard dollar civarında qiymətləndirilən Madridin “Real” klubu tutub.
Ekspertlər “kral klubunun” belə yüksəlməsini onun prezidenti Florentino Peresin şəxsiyyəti ilə əlaqələndirirlər. Milyarder inşaat maqnatı bu vəzifədə işlədiyi 10 il ərzində Madrid komandasını tərəqqiyə və gəlirinin durmadan artmasına gətirib çıxarıb. Məlumatda bildirilir ki, onun strategiyası yaxşı məlumdur: ən istedadlı futbolçuların haqqını artıqlaması ilə ödəmək, çoxlu mükafat qazanmaq, bütün fəaliyyət sahələrini inkişaf etdirmək.
“Real” “Forbes”in siyahısında “Mançestr Yunayted” (3,17 milyard dollar) klubunu geridə qoyub. Üçüncü yerdə 2,6 milyard dollarla “Barselona” klubu qərarlaşıb.
“Forbes” jurnalının reytinqinin ilk onluğunda aşağıdakı klublar yer alıb: “Real” (İspaniya) – 3,3 milyard dollar, “Mançestr Yunayted” (İngiltərə) – 3,17, “Barselona” (İspaniya) – 2,6, “Arsenal” (İngiltərə) – 1,32, “Bavariya” (Almaniya) – 1,3, “Milan” (İtaliya, 0,945), “Çelsi” (İngiltərə) – 0,901, “Yuventus” (İtaliya) – 0,694, “Mançestr Siti” (İngiltərə) – 0,689, “Liverpul” (İngiltərə) – 0,51.
Reytinqi tərtib edərkən əsas fəaliyyət növlərindən gəlirlər, habelə bazar potensialı nəzərə alınır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒