DəmirBank-ın aktivləri 16,1% artdı
|
DəmirBank-ın aktivləri 1 sentyabr 2011-ci il tarixinə 330,6 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 45,9 mln. manat və ya 16,1% çoxdur. AgahMedia.Com portalının adıçəkilən bankdan aldığı məlumata görə, Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 37,8 mln. manat və ya 18,1% artaraq 246,8 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2011-ci il tarixinə 126 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 sentyabr 2011-ci il tarixinə 96,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 17% və ya 14 mln. manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 sentyabr 2011-ci il tarixinə 20 mln. manat, məcmu kapitalı isə 48,5 mln. manat olub.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒