“ASAN Xidmət” Ağdamda

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, 1 – 30 iyun tarixlərində Səyyar ASAN xidmət Ağdam rayonunda sakinlərə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti; Vətəndaşlıq vəziyyəti …

Maliyyə Hesablaşma Mərkəzləri müəllimlərin maaşlarına nəzarət edəcək… (Video)

Təhsil Nazirliyi tərəfindən yeni təsis olunan Maliyyə Hesablaşma Mərkəzləri rayonlarda müəllimlərin maaşlarına nəzarət edəcək. Yeni mexanizmlə məktəblər üçün ayrılan xərclər də nəzarətdə saxlanılacaq. Ümumtəhsil müəssisələrində çalışan 175 min müəllimin maaşlarına nəzarəti yeni yaradılan Maliyyə Hesablaşma Mərkəzləri həyata keçirəcək. Təhsil Nazirliyi tərəfindən yaradılan yeni mexanizm artıq 13 ərazi üzrə – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Ağstafa, Şəmkir, …

Prezidentdən torpaq sahiblərinə xəbərdarlıq…

Azərbaycanda torpağından istifadə etməyən şəxslərə qarşı tədbirlər görülməlidir. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün nəticələrinə həsr olunmuş iclasında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda istifadəsiz qalan kifayət qədər torpaq sahəsi var və hökumət buna qarşı tədbirlər görməlidir: «Mənə verilən məlumata görə, rayonlarda …

Azərbaycan prezidenti: Biz məsələni sülh yolu ilə həll etmək istəyirik…

“Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, …

TQDK universitetlərə və kolleclərə ərizə qəbuluna start verdi

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanıldı. AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) aldığı məlumata görə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və …

“Gəncəbank” da ləğv edildi

AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilmişdir. “Banklar haqqında” Azərbaycan …

Prezidentdən icra başçılarına xəbərdarlıq mesajı…

“Kim vəzifənin öhdəsindən gələ bilmirsə, işdən kənarlaşdırılacaq”. AgahMedia.Com informasiya portalının “ANS PRESS”ə istinadən məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident deyib ki, bir neçə dəfə rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı məsələ qaldırıb. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. “Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki …

Kredit götürənlərin nəzərinə!…

Bank kreditləri haqqında önəmli reportaj… Posted by AgahMedia.Com Son zamanlar problemli müştərilərin sayı artdığından banklar xüsusi üsula əl atıblar. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, banklar bəzi müştərilərin kreditləri qaytara bilməmələrindən istifadə edərək onlara cəzbedici və şirnikləndirici təkliflər edirlər. Ekspertlər isə, müştəriləri diqqətli olmağa səsləyirlər və bildirirlər ki, şifahi şəkildə razılaşmalar zamanı diqqətli olsunlar. “Şifahi …

“ASAN xidmət”də yenilik: Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan veriləcək

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə,3 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə …

Daxili İşlər Nazirliyi sahibkarlar üçün “Qaynar Xətt”i istifadəyə verdi

AgahMedia.Com informasiya portalının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, adıçəkilən nazirlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn …

Sahibkarlıq sahəsində aparılmasına yol verilən yoxlamaların siyahısı təsdiqləndi

AgahMedia.Com informasiya portalının İctimai TV -yə istinadən məlumatına görə, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı təsdiqlənib. Qanunun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə …

Səyyar “ASAN Xidmət” Ucarda

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə,12-31 oktyabr tarixlərində Səyyar ASAN xidmət Ucar rayonunda Ucar və Zərdab sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti; Vətəndaşlıq vəziyyəti aktlarının …

Torpaqdan düzgün istifadə etməməyin cərimələri kəskin artırıldı

Azəbaycada torpaqlardan istifadəyə dövlət nəzarəti gücləndirilir. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub. Məcəllənin 88-1-ci maddəsinə edilən dəyişikliklərə görə, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 3000 manat cərimə edilir. …

Səyyar “ASAN Xidmət” Ağdam, Astara və Göyçayda

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, 28 sentyabr – 12 oktyabr tarixində Səyyar ASAN xidmət Ağdam rayonunda Ağdam və Ağcabədi, Astara rayonunda Astara və Lənkəran, Göyçay rayonunda isə Göyçay və Ağdaş sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak …

Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı sadələşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində ölkədə daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, təkrar bazarda alqı-satqı əməliyyatı zamanı əvvəllər müəyyən müddət alan prosedurlar indi aradan qalxıb. Belə ki, vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. …

Səyyar “ASAN Xidmət” Oğuz, Masallı və Saatlıda

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, 08 – 22 avqust tarixlərində Səyyar ASAN Xidmət Oğuz rayonunda Oğuz və Şəki, Masallı şəhərində Masallı və Yardımlı, Saatlı rayonunda isə Saatlı və İmişli sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri …

Azərbaycandakı internet istifadəçilərinin statistikası açıqlandı

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Dövlət Statistika Komitəsi tərəfindən cari ildə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin qiymətləndirilməsi üzrə sorğu keçirilib. Sorğunun nəticələrinə görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə 67.8-ə bərabərdir. Həmçinin, sorğunun nəticəsinə görə, ev …