BTC-də Türkmən nefti

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, BP elan edib ki, Türkmənistan Bakı-Tbilisi-Ceyhan neft kəmərilə neft ixrac etməyə başlayıb. Şirkətə əsasən, bu kəmərin ümumi tutumunun 5 faizə qədərini təşkil edir. Ekspertlərə əsasən, türkmən neftinin keyfiyyəti Azərbaycan neftinə bənzərdir. Buna görə də onların qatışığının BTC ilə ixrac olunan neftin keyfiyyərinə təsiri yoxdur. Aşxabad nefti tankerlərlə Bakıya gətirir. …

Bankların yerli filiallarının sayı artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bildirir ki, 2010-cu il iyul ayının 1-nə bank əməliyyatları aparmaq üçün 148 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 100-ü bank olmayan kredit təşkilatlarıdır. 1 iyul 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olmuşdur, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici …

İqtisadiyyata kredit qoyuluşu 37 faiz artmışdır

2010-cu il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8840,7 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, kredit qoyuluşlarının 408,6 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 28,4%-i və ya 2507,8 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət …

Bankomatlar və Pos-terminallar artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il iyul ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1777 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 189 ədəd çoxdur. Cari ilin iyulun 1-nə bankomatların 995-i Bakı şəhərində, 782-si isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8815 ədəd …

Pul kütləsinin həcmi 36% artdı

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il iyul ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6629,4 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,1% artmışdır. 2010-cu il iyulun 1-nə olan pul kütləsinin 4587,3 mln. manatı nağd pul vəsaitlərinin, 956,8 mln. manatı tələb edilənədək vəsaitlərin, 1085,3 …

Əhalinin əmanətlərinin həcmi 32% artıb

2010-cu il iyul ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4711,4 mln. manat təşkil etmişdir. Bunun 2562,8 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,4% çoxdur. Depozitlərin 2148,6 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il iyulun …

AgahMedia.Com Portalının ilk təqdimatından bir il keçdi

AgahMedia.Com Müstəqil İnformasiya Portalının bir yaşı tamam oldu. Məhz 07 Avqust 2009-cu il tarixində bu portal ilk dəfə olaraq ictimaiyyətə təqdim olunmuşdu. Bu layihəni ortaya qoyandan kimsənin bir quruşunu almadıq,kimsənin siyasi ambisiyasına xidmət etmədik və kimsənin alətinə çevrilmədik! Tam olaraq müstəqillik və Vicdanın hökm etdiyi jurnalistika bizim üçün hər zaman prioritet və vazgeçilməz oldu. Tanrıya …

Rusiyada taxıl ixracına qadağa dünya taxıl qiymətini qaldırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiyanın taxıl ixracına qadağa qoyması dünya bazarında taxılın qiymətini əhəmiyyətli dərəcədə qaldırıb. Rusiya dünyada əsas taxıl ixracatçılardandır. Ölkə bu il təxminən 20 milyon tonn taxıl ixrac etmək istəyirdi. Moskvanın taxıl müştəriləri arasında Azərbaycan da var, ötən mövsümdə o 1,3 milyon tonn rus taxılını idxal edib. Rusiyalı şərhçilərinə görə, Moskvanın …

Mərkəzi Bank Azərbaycanda “Contact” pul köçürmə sisteminin fəaliyyətini dayandırdı

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bank tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “Contact” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Bank 2010-cu il 02 avqust tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin …

Goranboyun 4 kəndində istixana tikiləcək

“BP-Azerbaijan” şirkətinin sosial sərmayə qoyuluşu proqramı çərçivəsində Goranboy raonunda 4 yeni istixana tikiləcək.İşlər bu ilin sonuna qədər yekunlaşacaq. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, istixanalar rayonun Qazanbulaq, Nadirkənd, Yolpaq və Qurbanzadə kəndlərində salınacaq. Əsasən tərəvəz məhsullarının yetişdirilməsi üçün nəzərdə tutulan istixanaların hər birinin sahəsi 135 kv metr sahəni əhatə edəcək.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, hər bir layihə üzrə maksimum məbləğ iyirmi beş min manat müəyyən edilib. Hər bir qurum bir layihə təqdim edə bilər və hər …

Mərkəzi Bankda tələbələr üçün “Karyera Günü” keçirilib

Azərbaycan Mərkəzi Bankı “Junior Achievement Azerbaijan” təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi savadlılığının artırılması məqsədilə “Karyera Günü” təşkil edib. Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan İqtisad Universitetinin “Junior Achievement Azerbaijan” təşkilatının üzvü olan 20-dən artıq tələbəsi iştirak edib. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, tələbələrə Mərkəzi Bankın ölkə iqtisadiyyatındakı rolu, bankın struktur …

Almaniya-Azərbaycan biznes forumu keçirilib

«Almaniya və Azərbaycan arasında qeyri-neft sektorunda əməkdaşlıq üçün geniş imkanlar var. Iki ölkənin iş adamları bundan istifadə etməklə uğurlu iş birliyinə nail ola bilərlər». AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bu fikirlər 11-ci Almaniya-Azərbaycan biznes forumunda səslənib. Azərbaycana gələn alman iş adamları müxtəlif sahələrdə iş birliyində maraqlıdırlar. Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyinin əməkdaşı Andreas Neuman …

“DəmirBank”-ın kredit portfelinin həcmi 200 mln. manatı keçdi

DəmirBank-ın aktivləri 1 iyun 2010-cu il tarixinə 282,9 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 70,5 mln. manat və ya 33,2% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 40,8 mln. manat artaraq 200 mln. manatı keçib. AgahMedia.Com portalının adıçəkilən banka istinadən məlumatına görə, Bankda müştəri depozitlərinin həcmi 1 iyun …

Mərkəzi Bank Azərbaycanda “LEADER” pul köçürmə sisteminin də fəaliyyətini dayandırdı

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bank tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “LEADER” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilmişdir.“LEADER” pul köçürmə sisteminə Azərbaycan Mərkəzi Bankı tərəfindən xəbərdarlıqların edilməsinə baxmayaraq sözügedən sistem işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətini davam etdirmişdir. …

“Karyerada ilk addım” devizi altında aktiv tədbirlər bölgələrdə davam etdirilir

AgahMedia.Com portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığı məlumata görə, 11 iyun 2010-cu il tarixində tələbə və məzunların əmək bazarına inteqrasiya olunması, onların əmək bazarındakı mövcud vəziyyət barədə məlumatlandırılması məqsədilə Lənkəran Dövlət Universitendə “Karyerada ilk addım” devizi altında işəgötürənlərin iştirakı ilə növbəti aktiv məşğulluq tədbiri keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən ümumilikdə 41 müəssisə təşkilat tərəfindən …

Mərkəzi Bank Azərbaycanda “MİGOM” pul köçürmə sisteminin fəaliyyətini dayandırdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “MİGOM” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilmişdir. Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə …