Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankomatlar və Pos-terminallar artır

Bankomatlar və Pos-terminallar artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il iyul ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1777 ədəd olmuşdur.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 189 ədəd çoxdur. Cari ilin iyulun 1-nə bankomatların 995-i Bakı şəhərində, 782-si isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8815 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 283 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 8028-i Bakı şəhərində, 787-si isə digər regionlarda yerləşir.2010-cu ilin iyul ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə 11,4% artaraq 4148 mln. ədədə çatmışdır.Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3499 ədəd olmuşdur. Onlardan 95,0%-i debet kartlarının payına düşür.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*