Mərkəzi Bank öz əməkdaşları üçün təlimlər keçiib

Mərkəzi Bankın təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin (ATTF) ekspertləri Mərkəzi Bankda seminarlar keçirib. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, ATTF-in eksperti Stefano Bragoli tərəfindən “Bazel II” mövzusunda keçirilən seminarda iştirakçılara Basel II Kapital Sazişinin tələblərinə əsaslanaraq bankın məcmu kapitalının hesablanmasındakı təkamülün mühüm aspektləri barəsində məlumat verilmişdir. İştirakçılar həmçinin banklarda risklərin idarə edilməsi …

Gələn il infilyasiyanın artacağı gözlənilir

“Gələn il Azərbaycanda inflyasiyanın 5 faizdən çox olacağı riski var və biz bunun üzərində işləyirik”. Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 11-də jurnalistlərə açıqlamasında belə deyib. AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə,Elman Rüstəmov deyib ki, Azərbaycana olduqca çox inflyasiya idxalı var. Mərkəzi Bankın sədri buna misal kimi Azərbaycana gətirilən taxıl və taxıl məhsullarının qiymətinin artmasını …

Mərkəzi Bank “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə növbəti seminar keçirmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ”Kart bazarında fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, seminarda “MasterCard”-ın risk servisləri üzrə biznes lideri Cem Kibaroğlu tərəfindən emitent və ekvayrinq fəaliyyətində fırıldaqçılığa qarşı mübarizənin təşkili, bu …

BBC şirkətində ilk maliyyə auditi keçiriləcək

Britaniyada büdcə məsrəflərinə nəzarət edən Milli Audit İdarəsi ilk dəfə olaraq BBC korporasiyasının hesablarını nəzərdən keçirəcək.AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Milli Audit İdarəsinə BBC-də təftiş sahələrini müəyyən etmək hüququ verilib. Audit İdarəsi “istənilən hissəyə” baxa bilər, deyib Mədəniyyət, Media və İdman Nazirliyinin sözçüsü.Lakin, məşhurlara ödənilən qonorarlar kimi həssas maliyyə detalları məxfi saxlanılacaq. Şirkətin maliyyə …

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir

Beynəlxalq Valyuta Fondu (BVF) statistik məlumatların yayılmasının xüsusi standartlarına (SDDS) cavab verməkdə maraqlı olan ölkələr üçün seminarlar təşkil edir. Növbəti belə seminarlardan biri Azərbaycan hökuməti ilə müştərək olaraq həyata keçirilir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,sentyabrın 21-23 tarixlərində “Məlumatların yayımlanmasının ümumi standartları” (GDDS) mövzusunda keçirilən seminara Yaxın Şərq və Orta Asiyadan olan mütəxəssislər, eyni …

Sentyabrın 20-də Bakıda arıçılıq məhsullarının satış yarmarkası keçiriləcək

“Bakı” kinoteatrının yaxınlığında təşkil ediləcək satış yarmarkaya müxtəlif regionlardan olan 800-dək arıçılıq təsərrüfatından məhsullar təqdim olunacaq. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, nazirlikdən bildiriblər ki, bu il Azərbaycanda bal istehsalı aşağı düşüb. Yeni mövsümdə isə havaların yağışlı və şaxtalı keçməsi arıçılıq təsərrüfatlarına xeyli ziyan vurub. Bu səbəbdən də bu il yarmarkaya çıxarılacaq arıçılıq məhsulları …

Google TV tezliklə fəaliyyətə başlayacaq

“Reuters” agentliyi xəbər verir ki, Google TV televiziya servisi öz fəaliyyətinə ABŞ-da ilin sonunda başlayacaq. Bu haqda şirkətin rəhbəri Erik Şmidt məlumat verib. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, servisin dünyaya yayımı isə 2011-ilə nəzərə tutulub. Bununla yanaşı Şmidt onu da vurğulayıb ki, Google TV servisindən faydalanan istifadəçilər üçün bu xidmət pulsuz olacaq.Məlumata görə, …

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi “Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda treninq keçirir

Azərbaycan Mərkəzi Bankı pul siyasətinin effektivliyinin artması istiqamətində tədqiqat potensialının genişləndirilməsini davam etdirir. Bu məqsədlə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) iqtisadi proseslərin hərtərəfli modelləşdirilməsi və proqnozlaşdırmasına imkan verən “Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda treninq təşkil etmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, sentyabrın 13-15 tarixlərində keçirilən treninq dinamik stoxastik ümumi …

Əhalinin əmanətlərinin həcmi 36% artmışdır

2010-cu il avqust ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4401,4 mln. manat təşkil etmişdir. Bunun 2716,3 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8% çoxdur. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, depozitlərin 1685,1 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.2010-cu il avqustun 1-nə …

İqtisadiyyata kredit qoyuluşu 20% artmışdır

2010-cu il avqust ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8656,2 mln. manat təşkil etmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artmışdır. Kredit qoyuluşlarının 400,0 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 29,6%-i və ya 2560,6 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət …

Pul kütləsinin həcmi 35% artmışdır

2010-cu il avqust ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6892,0 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,2010-cu il avqustun 1-nə olan pul kütləsinin 4811,4 mln. manatı nağd pul vəsaitlərinin, 945,1 mln. manatı tələb edilənədək vəsaitlərin, 1135,5 mln. …

Nabukkoya 4milyard avro ayrıdı

Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Nabukko qaz kəməri layihəsinin qiymətləndirilməsi prosesinin başlanmasına dair mandat məktubu imzalayıblar.Bu, kəmərin tikintisinin maliyyələşdirilmsəi üçün lazım olan 4 milyard avronun ayrılmasına doğru bir addım deməkdir. Yəni bu beynəlxalq maliyyə qurumları həmin məbləğin ayrılması üçün layihənin qiymətləndirilməsinə başlayacaqlar. Nabukko qaz kəməri Avropa İttifaqının qaz …

Azərbaycan Mərkəzi Bankı Böyük Britaniyanın Mərkəzi Bankı ilə seminarlara başladı

Azərbaycan Mərkəzi Bankı ilə Böyük Britaniyanın Mərkəzi Bankının (“Bank of England”) Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində Bakı şəhərində “Pul siyasəti və əməliyyatlar, onların maliyyə sabitliyi ilə qarşılıqlı əlaqəsi” mövzusunda seminar öz işinə başlayıb. Sentyabrın 9-dək davam edəcək seminarda pul siyasəti və maliyyə sabitliyi arasındakı qarşılıqlı əlaqə, pul siyasətinin transmissiya mexanizmi və pul …

Banklardakı 1 milyard dollara yaxın əmanət sığortalanmayıb

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin II rübü ilə bağlı məlumatları açıqlayıb. Məlum olub ki, fondun sığorta ehtiyatları 27 mln. 309 min 700 AZN təşkil edib. Göstərilən rübdə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətlərinin həcmi isə 2 mlrd. 484 mln. manat olub. Qorunmayan əmanətlər 818 mln. 577 min manat, qorunan əmanətlər 1 mlrd. 665 mln. …

“Forbes” jurnalı ən çox pul qazanan aktyorların siyahısını dərc etdi

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Forbes” jurnalı kinostudiyalara ən çox gəlir gətirən aktyorların siyahısını dərc edib. Siyahını tərtib etmək üçün jurnalın mütəxəssisləri Hollivudun 36 aktyorunu seçiblər. Onlar aktyorların son beş ildə çəkildiyi fimlərin gəlirlərini onların aldığı qonorarla müqayisə edərək, hesablayıblar. Nəticədə məlum olub ki, ən yaxşı gəlir gətirən aktyor Şaya LaBefdir. Ona hər …

Moskva-Bakı marşrutu üzrə yeni aviareys açılıb

AgahMedia.Com portalının İctimai TV -yə istinadən məlumatına görə, Uçuşlar hər həftənin II və IV günləri «Boeing 757-200» avialayneri ilə yerinə yetiriləcək. Moskvadan Bakıya uçuşlar «Domodedovo» hava limanından həyata keçirilir. Qeyd edək ki, hazırda «VİM-Avia» şirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri üzrə uçuşları yerinə yetirir.

Mərkəzi Bank I yarımillikdə yeridilən pul siyasətini dəyişməz saxlamışdır

2010-cu ilin I yarısında Azərbaycan Respublikasının Mərkəzi Bankı öz siyasətini qlobal iqtisadi artımın ləng bərpası və dünya ölkələri üzrə qeyri-bərabər getməsi, beynəlxalq maliyyə-valyuta bazarlarında qeyri-stabilliyin artması, dünya neft bazarında əlverişli konyunkturun saxlanması, ölkə iqtisadiyyatının sabit artım dinamikası şəraitində həyata keçirmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, dünyanın aparıcı valyutalarının kəskin volatilliyi şəraitində manatın ABŞ …