Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » “Forbes” jurnalı ən çox pul qazanan aktyorların siyahısını dərc etdi

“Forbes” jurnalı ən çox pul qazanan aktyorların siyahısını dərc etdi

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Forbes” jurnalı kinostudiyalara ən çox gəlir gətirən aktyorların siyahısını dərc edib. Siyahını tərtib etmək üçün jurnalın mütəxəssisləri Hollivudun 36 aktyorunu seçiblər. Onlar aktyorların son beş ildə çəkildiyi fimlərin gəlirlərini onların aldığı qonorarla müqayisə edərək, hesablayıblar.
Nəticədə məlum olub ki, ən yaxşı gəlir gətirən aktyor Şaya LaBefdir. Ona hər xərclənən dollar orta hesabla 81 dollar gəlir gətirir. Belə yüksək göstəricini aktyor məşhur “Transformerlər” və “İndiana Cons 4” kimi filmlərdə çəkildiyinə görə qazanıb.
İkinci yerdə studiyaya 64 faiz miqdarında gəlir gətirən aktrisa Enn Heteuey yerləşib. Bu gəlir aktrisanın Tim Bertonun çəkdiyi “Alisa möcüzələr ölkəsində” filmdə iştirakı nəticəsində əldə olunub. Bu film dünya satışında milyard dollardan çox gəlir qazanıb. Bundan başqa, aktrisanın çəkildiyi “Gəlinlərin savaşı” filmi də dünya satışında 115 milyon dollar qazanıb.
Reytinqin üçüncü pilləsində aktyor Deniel Redklif yer alıb. Ona xərclənən hər bir dollar əvəzində o, 41 dollar gəlir gətirib.
Dördüncü yerdə 33 dollar gəliri ilə Robert Dauni-kiçik, beşinci yerdə isə 27 dollar gəliri ilə Keyt Blanşett qərarlaşıblar. Qeyd edək ki, Blanşett “Benjamin Battonun müəmmalı hekayəsi” və dünya satışında 310 milyon dollar qazanan “Robin Qud” filmlərində iştirakı sayəsində bu beşlikdə yer ala bilib.
Bu yaxınlarda “Forbes” jurnalı Hollivudun ən yüksək maaşlı aktyor və aktrisasını müəyyənləşdirib. “Forbes” jurnalın verdiyi məlumata görə bu məşhur aktrisa Sandra Ballok olub. Məşhur aktrisa cəmi iki filmdən 56 milyon dollar qazanıb. Bu “Təklif etmə” və “Görünməyən tərəf” filmləridir.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*