Home » Ədəbiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Bunları bacarırsanmı? (Mənsur şeir)

Bunları bacarırsanmı? (Mənsur şeir)

Afaq Şıxlı, Beynəlxalq Yazıçılar və Publisisitlər Asosasiyasının üzvü

 

Sənin səhvlərini düşünürəm…,
araşdırmaq istəyirəm…
… Səni az da olsa ideallıqdan uzaqlaşdırmaq istəyirəm…
Elə bilirsən tapmıram?
Tapıram… bəzi səhvlərini,
çatışmayan cəhətlərini…
Amma qəbul etmir ürəyim… unut deyir.
Hər şeyə rəğmən yenə səni sevir.
Elə bilirsən incimirəm səndən?
İnciyirəm…, gözlərim dolur,
Amma hər dəfə səsini duyan kimi umu-küsülər yox olur.
Sən… Sən və Sən…
Ah, kaş ki sən də mənim səhvlərimi görə bilməyəsən.
Görüb də unudasan…
Yanıma qayıdasan.
Sevgi budur yalnız –
görərkən gözlərinə inanmamaq,
eşidib də duymamaq,
özünü aldatmaq…
Yalanları içə bilməkdir – sevgi,
qürurundan belə keçə bilməkbir…
Sən, bunları bacarırsanmı?

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to Bunları bacarırsanmı? (Mənsur şeir)

  1. Sevgi budur yalnız –
    görərkən gözlərinə inanmamaq,
    eşidib də duymamaq,
    özünü aldatmaq…-sevginin tərifi! Bravo bu misraları yazan şairəyə!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*