Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakının mənzil bazarında nəzərəçarpan ucuzlaşma qeydə alındı

Bakının mənzil bazarında nəzərəçarpan ucuzlaşma qeydə alındı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

AgahMedia.Com informasiya portalının “MBA Group” konsaltinq şirkətinə istinadən məlumatına görə, ötən aprel ayı üzrə müşahidələr göstərir ki, ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1149 $/кv.m-dən 7.22% azalaraq 1066 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1206 AZN/кv.m-dən 7.38% azalaraq 1117 AZN/кv.m bəndində qərarlaşmışdır.

Aparılan tədqiqatlar göstərir ki, bu seqment üzrə qiymətlərin azalması, təkrar yaşayış mənzil bazarında olduğu kimin devolvasiyadan sonrakı qiymət sıçrayışının yüngülləşməsi ilə əlaqədardır.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınmışdır. Yasamal rayonunda, “Nizami” m/st yaxınlığında yerləşən 245 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3300 USD təşkil etmişdir. Ən ucuz mənzil isə Masazır qəsəbəsində yerləşən 59 kv.m-lik sahəyə malik yeni tikili, 1 otaqlı mənzildə qeydə alınıb, 400 USD/kv.m.

Ötən aprel ayı üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1796 $/кv.m-dən 5.96% azalaraq 1689 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1886 AZN/кv.m-dən 6,12% azalaraq 1770 AZN/кv.m bəndində qərarlaşmışdır.
Ay ərzində ən çox qiymət azalması İtalyan layihəsində qeydə alınıb (9.46%).

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*