Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, İslam, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Xanəndə Elnarə Abdullayevadan örnək hərəkət: O, kəndə su çəkdirmək üçün evlərini və qızıllarını satdı

Xanəndə Elnarə Abdullayevadan örnək hərəkət: O, kəndə su çəkdirmək üçün evlərini və qızıllarını satdı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Elnare_AbdullayevaBir neçə gün öncə, xanəndə Elnarə Abdullayeva Qobustanın Çüxanlı kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı, xalq artisti Alim Qasımov, kinorejissor Əbdül Mahmudov, şairə Nazilə Səfərli və başqaları iştirak ediblər.

Elnarə Abdullayevanın Qobustanda çəkdirdiyi bulağa 200 min manat xərclədiyi bildirilir.

Xanəndə həyata keçirdiyi bu xeyirxah addımı ilə bağlı Modern.az saytının əməkdaşı Sevinc Yasinqızının suallarını cavablandırıb.

 Elnarə xanım, xərclədiyiniz məbləğə başqa işlər də görə bilərdiniz. Niyə məhz Çüxanlı kəndinə 12 bulaq çəkmək qərarına gəldiniz?

Su çəkdirmək qədər savab bir şey yoxdur. Mən bunu eləmədim. Allah bunu mənə qismət elədi. Bu işi mən istəyə bilərdim, amma alınmaya bilərdi. Yəqin ki, qazanılan ruzidə olan halallığı gördüyü üçün bu savab işi görməyi mənə qismət elədi. Hər şeyi verən və yazan Allahdır. Anam rəhmətə gedəndən sonra bu qərara gəldim. Allah mənim balaca fikirləşdiyim işi tamamilə həyata keçirməyimə kömək oldu. Bir insanın gücünün çata bilməyəcəyi bir şey idi. Çox şükür ki, Allahın köməkliyi ilə bu istəyim həyata keçdi.

 Bundan sonra da bu cür xeyirxah işlər kömək fikriniz varmı?

 Allahdan çoxlu ruzi istəyirəm. Allah nəsib və qismət eləsin ki, yenə xeyirxah işlər görə bilim. Allahın qismətində varsa, deməli olacaq.

Niyə görə məhz Qobustan rayonunun kəndinə bulaq çəkdirdiniz?

Mənim kəndim Qobustandadır. Əvvəla, öz camaatının, millətinin qədrini bilməyən heç qıraq- bucağın da qədrini bilməz. Mən bu kənddə böyüyüb başa çatmışam. Biz ömür boyu sudan əziyyət çəkmişik. Heç mənim ağlıma gəlmirdi ki, mən böyüyəcəyəm, illərlə 5-10 manat yığdığım pulları belə bir savab işə xərcləyəcəyəm. Mən bu işdən ötrü evlərimi və qızıllarımı satmışam. Mən onları Allah rizası üçün istifadə etmək üçün yavaş-yavaş yığmışdım. Bunu da sevə-sevə elədim. Heç kimsə deyə bilməz ki, sən bunu elə. Çünki bu elə bir işdir ki, qəlbində Allah eşqi olmasa, bunu eləyə bilməzsən.

İmkanlı sənət nümayəndələri çoxdur, amma bu cür savab işlər görmürlər. Sizin buna münasibətiniz?

Mən özümə cavabdehəm. Amma gərək yaxşı işlər görək. Bu bir dəvət və Allahın eşqidir. Əgər imkanları olan şəxslər niyyət etsələr, hər şey alınar. Yenə deyirəm ki, Allah bir işi qismət eləməsə, onu heç kim edə bilməz. Biz kimsəni qınaya bilmərik. Deməli, Allahın qisməti yoxdur ki, bu cür işlər edə bilməyiblər. Əvvəla, insanın özü istəməli, sonra Allah kömək etməlidir. Mən bu xeyirxah işi hamı bilsin deyə eləmədim. Əgər Tahirə xanım olmasaydı, bunu heç kim bilməyəcəkdi. Çünki bu 5-10 manatlıq iş deyildi. Ona görə də mən bunu gizlədə bilməzdim. O vaxt öz istəyimlə məscid tikdirdim, heç kim bilmədi. Amma bu elə də balaca iş deyil ki, heç kim bilməsin.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*