Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » Dollarla götürülən kreditlər barədə rəsmi qərar açıqlandı

Dollarla götürülən kreditlər barədə rəsmi qərar açıqlandı

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Azərbaycan Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsi məsələsinə aydınlıq gətirib.

Kreditlər yeni məzənnə ilə ödəniləcək

Məhkəmə sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair müzakirə aparılıb və qərar qəbul edilib.

Belə ki, Mülki Məcəllənin qeyd olunan maddələri iki istiqamət üzrə mübahisə doğururdu: 1- kreditlərin dollarla verilməsi qanunvericiyilə uyğundur, yoxsa yox? 2- dollarla götürülən kreditlər hansı məzənnə ilə qaytarılmalıdır?

Konstitusiyanın 19-cu maddəsinin III hissəsində qeyd olunur ki, ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Ancaq bu müddəa görülmüş iş, göstərilmiş xidmət və satılmış mal müqabilində ödənilməli olan pula, habelə vergi və sosial sığorta kimi icbari ödənişlərin aparılmasına şamil edilir. Bu isə o deməkdir ki, bankın kredit kimi verdiyi vəsait bura daxil deyil.

Digər mübahisəli məqam Mülki Məcəllənin 439.7-ci maddəsi ilə bağlı idi. Həmin maddədə qeyd olunur ki, ödəniş müddəti çatanadək pul vahidinin dəyəri artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.

Konstitusiya məhkəməsi Mülki Məcəllənin 439.2-ci maddəsinə də aydınlıq gətirib. Belə ki, maddədə qeyd olunub ki, xarici valyutada olan pul öhdəliyi ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, manatla ödənilir. Yəni əgər müqavilədə kreditin dollarla qaytarılmalı olduğu qeyd olunubsa borc dollarla, manatla qaytarılmalı olduğu qeyd olunubsa manatla qaytarılmalıdır. Müqavilədə belə şərt olmadıqda isə borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Konstitusiya Məhkəməsi həmçinin əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*