Bakıda hündürmərtəbəli binaların tikintisinə qadağa…
|
|
Bakının mərkəzində yalnız 5-7 mərtəbəli binalar tikilə bilər. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə,bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.Onun sözlərinə görə, müvafiq müfəssəl plan Komitə tərəfindən hazırlanıb. İlin sonuna kimi hökumət orqanlarından rəy və təkliflər alınacaq, sonra isə təsdiq üçün Bakı şəhər İcra Hakimiyyətinə və ya hökumətə təsdiq olunacaq. C.Qocayev qeyd edib ki, hündürmərtəbəli binaların tikintisi sahəsi 1550 min hektar olan ərazidə qadağan olunacaq. Bu ərazi “AMAY” ticarət mərkəzi, Nərimanov prospekti və Bakıxanov küçəsi arasında yerləşir.
Bu kontentin portalımızda yayınladığı tarix : 19/10/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
