Bakıda eksperimental teatr festivalı keçiriləcək
|
|
AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə,Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 14-dən 20-dək “2+1” adlı eksperimental teatr festivalı keçiriləcək. ATXİ-dən bildiriblər ki, festivalın məqsədi ölkə teatrlarında fəaliyyət göstərən rejissor, aktyor, rəssam və bəstəkarların teatr sahəsində yaradıcılıq potensialını maksimum üzə çıxarmaq, eksperimentlərə geniş meydan açaraq gənclərə daha çox imkan yaratmaq və bununla da milli teatr prosesində canlanma yaradıb, onun inkişafına yardımçı olmaqdır. Ölkəmizdə fəaliyət göstərən bütün teatrlar hazırladıqları yeni tamaşalarla festivalda iştirak edə bilərlər.
Bu kontentin portalımızda yayınladığı tarix : 29/06/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒