Home » Beynəlxalq, Diaspora, Siyasət, Ümumi » Azərbaycan diasporu Barak Obamaya və ABŞ Konqresinə müraciət ünvanladı

Azərbaycan diasporu Barak Obamaya və ABŞ Konqresinə müraciət ünvanladı

AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinndən aldığı məlumata görə, 20 İyun – Beynəlxalq Qaçqınlar Günü münasibətilə ABŞ-dakı Azərbaycan diasporu prezident Barak Obamaya, Konqresə və mətbuata məktub ünvanlayıblar. Məktubda bir milyondan çox azərbaycanlının 20 ildən artıqdır, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı bildirilir. Məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsi bir milyondan çox azərbaycanlını öz yurd yuvasından didərgin salıb, onlar evlərinə dönməyi arzulayırlar. Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycan iqtisadiyyatına 20 milyard dollar ziyan dəyib. İşğal Azərbaycanın mədəni irsinə də ciddi zərər vurub.Azərbaycan-Amerika İcması və ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Obama Administrasiyasını və Konqresi ədaləti dəstəkləməyə, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına və qaçqınların yurdlarına qayıtmasına yardım etməyə çağırır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*