“Freedom House” internet azadlığı üzrə beynəlxalq hesabatını açıqladı

“Freedom House” təşkilatının təqdim etdiyi “Freedom on the Net 2011” hesabatında “İnternet azadlığı” göstəriciləri üzrə ölkələrin siyahısı tərtib olunub. AgahMedia.Com portalının AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstituundan bildirilib ki, internetin və rəqəmsal medianın qlobal qiymətləndirilməsinin əks edildiyi hesabatda Azərbaycan “İnternetin qismən azad olduğu ölkələr” siyahısında 48 balla 20-ci yerdə qərarlaşmışdır. …

İran Amerikanı hədələdi

“İran ABŞ üzərinə dünya boyu cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir. Hazırda Amerika İraq və Əfqanısan bataqlığında ilişib-qalıb.” AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, bunu İranın Moskvadakı səfiri Mahmud Rza Səccadi deyib. Səfirin sözlərinə görə, Amerikanın iqtisadi böhran keçirdiyi bir anda İrana həmlə Vaşinqton üçün intihar ola bilər. “Amerikalılar İranın nə kimi bir …

Magistraturalara ərizə qəbulu başladı

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən 16-dək olan müddətdə doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək şənbə və bazar günləri istisna olmaqla saat 9.00-dan 17.00-dək olan müddətdə …

Voleybolda yeni dünya rekordu qeydə alındı

Kanada yığma komandasının voleybolçusu Hevin Şmitt yeni dünya rekordu müəyyən edib. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, Koreyanın “Samsunq Blüfenqs” klubunda çıxış edən kanadalı bir matçda 58 xal toplayıb. Kolumbiyalı Liberman Aqamesə məxsus olan əvvəlki rekord 55 xal idi. Şmitt öz rekordunu “Liq İnşurens Qriters” komandasına qarşı görüşdə müəyyən edib. Həmin oyunda “Samsunq” …

Facebook kullanıcıları hakkında 17 gerçek…

Sosyal medya araçlarının kullanımı, farklı tipteki kullanıcıların davranışları ile birlikte farklı eğilimler kazanıyor. Bu durum en popüler sosyal medya sitelerinden biri olan Facebook için de geçerli. Facebook bildiğiniz üzere ABD’deki en popüler sosyal medya sitesi. Kullanıcıların Facebook’u nasıl kullandığına daha yakından bakmak şaşırtıcı sonuçlara varılmasını sağlıyor. AgahMedia.Com portalının NTV Haber’e istinaden haberine göre,Pew Research Center’ın …

Rəcəb Tayyib Ərdoğandan aravuranlara sərt sillə…

(Ədil Ədilzadə, “Olaylar” İA) Erməni lobbisi daha bir ağır zərbə aldı. Bu zərbənin müəllifi isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oldu. Belə ki, Fransa Senatında qəbul olunan qanun layihəsi məsələsində Azərbaycanı Türkiyəyə dəstək olmamaqda suçlayan bir qrup antitürk əsilli türk yazarlar qələmə aldıqları məqalələrdə Azərbaycanı hədəf seçərək bu istiqamətdə əməli addım atmamaqda suçlayırdı. İşıq …

Facebook səhmlərini açıq satışa çıxaracaq

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,800 milyon istifadəçisi olan Facebook səhmlərini açıq bazarda satmağa hazırlaşır. Google şirkətinin 2004-cü ildə səhmlərinin birjada yerləşdirilməsindən bəri bu haqqında ən çox bəhs edilən addım hesab olunur. Səhmlərin satışı şirkətin dəyərini müəyyən etməlidir. Ekspertlər sosial şəbəkənin ümumi bazar dəyərinin 75-dən 100 milyard dollaradək çatacağını güman edirlər. Adətən birjada satışlar …

Çempion göyərçin 300 min dollardan baha satıldı

AgahMedia.Com portalının AzərTAc-a istinadən məlumatına görə, Çinli oliqarx, milyarder iş adamı Hu Çjen Yu quş hərracında 328 826 dollara göyərçin alıb.Holland poçt göyərçini cinsindən olan bu göyərçinin çox baha olmasının səbəbi odur ki, quş 2700 kilometr məsafəni cəmi 18 günə qət etmişdir. Satılmış quş dünyanın ən sürətli “Pigeon Paradise” göyərçin cinsinə məxsusdur.Nadir göyərçin hərraca Hollandiyanın …

IX siniflərin sınaq imtahanlarının nəticələri məlum oldu

AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə,yanvarın 29-da Bakı şəhər orta məktəblərinin IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə verdiyi yoxlama imtahanlarının nəticələri açıqlanıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildirilib ki, nəticələr nazirliyin exam.gov.az saytında yerləşdirilib. Qeyd edək ki, yanvarın 28-də keçirilən XI sinif şagirdlərinın sınaq mərkəzləşmiş imtahanlarının nəticələri yanvarın 31-də açıqlanıb. …

Bakıda Eurovision muzeyi açılacaq

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, may ayında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi ərəfəsində “Eurovision muzeyi” nin açılışı da nəzərdə tutulub. Bakı Biznes Mərkəzində Eurovision mərkəzi nəzdində yaradılacaq muzeydə müsabiqənin 57 illik tarixini, eləcə də Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində iştirakını əhatə edən eksponatlar toplanacaq. Muzeyin açılışı fevralın 15-dək nəzərdə tutulur.

Diasporamız növbəti etiraz aksiyasını Hyustondakı Fransa konsulluğunun qarşısında keçirdi

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, ABŞ-ın Hyuston şəhərindəki Fransa konsulluğu qarşısında Amerika Azərbaycanlıları Şəbəkəsi, Amerika Türkləri Şəbəkəsi, Hyuston Amerika Türk Dərnəyi və Hyuston Atatürkçü Düşüncə Qrupu üzvlərinin iştirakı ilə Fransa Senatının yanvarın 23-də qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qərarına etiraz aksiyası keçirilib. Əllərində Azərbaycan və türk bayraqları, …

Azərbaycan parlamenti hesabat verdi

Milli Məclisdə payız sessiyasının yekunları və yaz sessiyasında qanunvericilik fəaliyyətinə dair mətbuat konfransı keçirilib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, konfransda çıxış edən vitse-spiker Bahar Muradova parlamentin ötən sessiya ərzində gördüyü işlərdən danışıb. Bahar Muradova bildirib ki, ötən il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyilə yadda qaldı: “Bütün il keçirilən yubiley tədbirləri müstəqillyimiz …

«Eurovision 2012» mahnı yarışması «Light your fire» şüarı altında keçiriləcək

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, «Buta Palas»da «Eurovision Mahnı Müsabiqəsi»nin təntənəli Açar təqdimetmə və Püşkatma mərasimi keçirilib. İctimai Televiziya, eləcə də 6 ölkəyə canlı yayımlanan möhtəşəm tədbirdə əsl şou yaşanıb. Mərasim Odlar diyarı Azərbaycan haqqında roliklə başlayıb. Sonra isə müsabiqənin loqo və şüarı açıqlanıb. Beləliklə ölkəmizin ev sahibliyini edəcəyi 57-ci «Eurovision» mahnı …

Abdullah Gül: …Fransa gibi büyük bir ülkeye çok küçültücü bir davranıştır

AgahMedia.Com portalının “Vatan” gazetesine istinaden haberine göre, Türkiye Cumhurbaşkanı Abdullah Gül, Fransa Parlamentosu’ndan geçen Ermeni teklifinin senatoda da kabul edilmesine ilişkin değerlendirmelerde bulundu. Gül, şöyle konuştu:  “Senatodan çıkan bu kanunu esefle kınıyorum. Fransa gibi Avrupa’nın önemli bir ülkesi dünden itibaren ifade özgürlüğünü, özgür bilimsel çalışmaları kısıtlayan ülkeler kategorisine girmiştir bu gayet açıktır. Böyle uluslararası bir …

2012-ci ildə ən məşhur və nüfuzlu olacaq 100 nəfərin siyahısınında Azərbaycan prezidentinin də adı yer aldı

Böyük Britaniyanın nüfuzlu «Times» qəzeti 2012-ci ildə ən məşhur və nüfuzlu olacaq 100 nəfərin siyahısını hazırlayıb. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, siyahıda ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, İngiltərə kraliçası II Yelizaveta ilə yanaşı prezident İlham Əliyevin də adı var. Qəzetin yazdığına görə, dövlət başçısı İlham Əliyev Azərbaycanın dünyada ən …

Alim Qasımov Amerikada konsert verəcək

Xalq artisti, хanəndə Alim Qasımov Amerika səfərinə hazırlaşır. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, xanəndənin prodüsseri Səadət хanım bildirib ki, Amerika səfərinə xanəndənin qızı Fərqanə Qasımova da qatılacaq.«Birgə işlədiyimiz Ağaхan musiqi fondu, hansı ki, onun baş direktoru da, meneceri də özbəkistan əsilli Fehruz Nişanovadır. Həmin fondun və «Kronus» kvartetinin təşkilatçılığı ilə Alim Qasımov …

Yanvarın 25-də “Eurovision 2012″nin loqosunun prezentasiyası olacaq

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə,Yanvarın 25-də Eurovision Mahnı Müsabqiəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək. Həmin gün “Buta Palace”da Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olacaq. Müsabiqənin əsas mərasimlərindən olan bu mərasimdə Eurovision …