İslamın düşməni sayılan partiyanın sabiq üzvü müsəlmanlığı qəbul etdi

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Hollandiyada qatı sağçı və İslam düşməni olan siyasətçi Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının keçmiş üzvlərindən biri müsəlman olub. Arnoud Van Doorn “Twitter” səhifəsində bu barədə yazıb. Əvvəl səhifədə “yeni bir başlanğıc” yazan siyasətçi daha sonra ərəb dilində kəlməyi şəhadət gətirib. Van Doornun həqiqətən müsəlman olub – …

May ayında Bakıda üç beynəlxalq sərgi təşkil olunacaq

Mayın 22-dən 24-dək Bakıda Xəzər regionunun qida sənayesində böyük beynəlxalq tədbir – “WorldFood Azerbaijan-2013” sərgisi keçiriləcək. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, təşkilatçı “İteca Caspian” şirkətindən bildirilib ki, sərgidə Azərbaycan, Bolqarıstan, Hindistan, İordaniya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və İsveçrənin şirkət və təşkilatları məhsul və mallarını təqdim edəcəklər. Latviya və İran şirkətləri bu sərgidə …

Planşetlərə təlabat sürətlə artır

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “Forrester Research” şirkətinin analitikləri bildirirlər ki, 2017-ci ildə Qərbi Avropada planşet kompyuterləri istifadəçilərinin sayı 4 dəfə artacaq. 2012-ci ildə qurğunun yaşlı sahiblərinin payı 14 faiz idisə, 2017-ci ilə bu göstərici 50 faiz təşkil edəcəkdir. Ekspertlərin hesablamalarına görə, 2011-ci ildə Qərbi Avropa əhalisi arasında planşetlərin yayılma dərəcəsi 7 …

Həcc ziyarətinin builki qiymətləri açıqlandı

Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarətinin qiymətləri məlum olub. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, otellərin xərclərindən asılı olaraq ziyarət xərclərinin qiyməti iki variantda təklif olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və …

Türkiyədə təqaüdlə ali təhsil almaq istəyənlərin nəzərinə

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Türkiyədə magistratura və doktorantura təhsili almaq istəyən tələbələr üçün Türkiyə Respublikasının təmin etdiyi “Türkiye Bursları”na müraciətlər başlanıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Son müraciət tarixi 31 mart 2013-cü il olaraq müəyyən edilib. Magistratura və doktorantura təqaüdləri üçün müraciət haqqında geniş məlumat aşağıda təqdim olunur. Bakalavr …

Rusiyanın 100 ən nüfüzlu qadını məlum oldu

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Rusiyanın “Exo Moskvı” radiostansiyası 2012-ci ildə ölkənin media sahəsindən ən nüfuzlu 100 qadının siyahısını tərtib edib. Nüfuzlu xanımları 43 nəfərin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib. Onlar 20 ballıq şkala üzrə qiymətləndirmə aparıblar. Jürilərin sırasında Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin, baş nazirin müavini Arkadi Dvorkoviç, “Moskovskiy Komsomoles” …

DəmirBank korporativ idarəetmə standartları üzrə birinci oldu

AgahMedia.Com informasiya portalının “DəmirBank”a istinadən məlumatına görə, DəmirBank Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan şirkətlərinin korporativ idarəetmə standartlarına uyğunluğunun qiymətləndirilməsinə görə ən yüksək nəticə əldə edib. Belə ki, 33 şirkət arasında keçirilən qiymətləndirmənin yekunlarına əsasən reytinq tərtib edilib və DəmirBank 98,5% göstərici ilə siyahıda ilk yeri tutub. Bu reytinq DəmirBank-ın fəaliyyətinin şəffaflığı, məlumatların açıqlanması, illik …

Dünya milyarderləri arasında 3 nəfər azərbaycanlının da adı yer aldı

Məşhur “Forbes” dərgisi dünyanın ən zəngin şəxslərinin yeni siyahısını hazırlayıb. Dərginin 2013-cü il milyarderləri siyahısında 1426 adamın adı var. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, liderliyi yenə də meksikalı Karlos Slim əldə edib. 73 yaşlı Karlos Slimin 73 milyard dollarlıq sərvəti var. İkinci yerdə “Microsoft” şirkətinin 57 yaşlı rəhbəri Bill Qeytsdir. “Forbes” onun …

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin cavabları məlum oldu

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 2013/2014-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb. Nəticələr martın 5-də saat 17:15-dən etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. Hər bir bakalavr TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə …

Türkiye’nin altın ithalatı 6’ya katlandı

AgahMedia.Com portalının N TV Haber’e istinaden haberine göre, Türkiye’nin altın ithalatı yılın ilk iki ayında yaklaşık 6 kat artarak 28.62 tona yükseldi.Türkiye’nin altın ithalatı Şubat ayında 17.34 ton, yılın ilk iki ayında ise 28.62 ton oldu. İstanbul Altın Borsası (İAB) verilerine göre Ocak ayında 11.27 ton olan altın ithalatı, geçen yılın aynı ayında ise 2.06 …

Məşhur milyarder sərvətini kasıblara vəsiyyət etdi

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Britaniyadakı “Virgin Group” korporasiyasının sahibi, multimilyarder Riçard Brenson vəsiyyətini açıqlayıb. Dünyanın ən istedadlı, ekstravaqant və məşhur milyarderlərindən biri Brenson dünyasını dəyişəndən sonra varidatının əksəriyyətinin inkişaf etməkdə olan ölkələrdə yaşayan yoxsullara yardım, habelə texnoloji və elmi araşdırmalara dəstək məqsədilə xeyriyyə fondlarına verilməsini vəsiyyət edib. Bu hərəkatın baniləri dünyanın …

Galaxy S III 2012-ci ilin ən yaxşı smartfonu seçildi

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, bu günlərdə Barselonada keçirilən Mobile World Congress sərgisinin təşkilatçısı qismində çıxış edən GSM Assosiasiyası ötən ilə yekun vuraraq 36 nominasiyada Global Mobile Awards mükafatının qaliblərini müəyyən edib. “Geniş coğrafiyası, innovativ funksiyalar və NFC texnologiyasının dəstəklənməsi”nə görə Samsung Galaxy S III modeli münsiflər …

Beyons Bakıda konsert verəcək

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, dünya şöhrətli müğənni Beyons Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək. Bununla əlaqədar gələn həftə məşhur menecer-prodüser Marsel Avram ilk dəfə Bakının qonağı olacaq. Marsel Avramın Bakıya səfərinin məqsədi dünya ulduzlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Bu barədə Marsel Avramın Bakıya səfərinin təşkilatçılıq işlərini …

Mərkəzi Bank ali məktəb tələbələri arasında müsabiqəyə start verdi

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinə istinadən məlumatına görə, Mərkəzi Bank ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı” mövzusunda referat müsabiqəsinə başlayıb. Müsabiqə iştirakçıları müsabiqənin mövzusuna uyğun hazırladığı referatın bir nüsxəsini (elektron və çap nüsxəsi olmaqla), həmçinin şəxsiyyət vəsiqəsi və …

“Facebook”un qurucusunun biznes qaydaları

AgahMedia.Com portalı “Olaylar” informasiya agentliyinə istinadən “Facebook”-un banisi Mark Zukerberqin proqramçı, ideya, risk və pul haqqında fikirlərini təqdim edir: “Həmişə “Facebook”-u faydalı etmək barəsində düşünmüşəm. Bir gecədə tonlarla kod?! Bəli, nəticə məhz budur. “Facebook” şirkətə çevrilmək üçün deyil, sosial missiyanı yerinə yetirmək üçün yaradılıb: bir-birindən uzaq məsafədə yaşayan insanları bir-birinə daha da yaxın etmək. Bir …

Rəsmi Moskvadan siqaretə qadağa

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Rusiyada ictimai yerlərdə siqaret çəkməyi yasaqlayan yeni qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minib.Yeni qanuna görə, restoranlarda, qatarlarda və yaşayış binalarınin bloklarında siqaret çəkmək yasaqlanır. Rusiya höküməti bu yolla əhalinin sağlamlığında müsbət dəyişikliyə nail olmaq əzmindədir. Ölkələrin siqaretçəkmə reytinqinə görə Rusiya dünyada birincilər sırasındadır. Rusiyada hər on nəfərdən …

Xocalı soyqırımı ilə bağlı İsveç parlamentinin qarşısında aksiya təşkil olundu

Hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbir və aksiyalar keçirilir. Bu silsilədən olan növbəti aksiya Stokholmda İsveç parlamentinin qarşısında təşkil olunub. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, 2 saat davam edən aksiyaya qatılan 200-dən çox insan arasında Azərbaycan icmaları ilə yanaşı, İraq türkmənləri, Türk İşçi …