Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Planşetlərə təlabat sürətlə artır

Planşetlərə təlabat sürətlə artır

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “Forrester Research” şirkətinin analitikləri bildirirlər ki, 2017-ci ildə Qərbi Avropada planşet kompyuterləri istifadəçilərinin sayı 4 dəfə artacaq. 2012-ci ildə qurğunun yaşlı sahiblərinin payı 14 faiz idisə, 2017-ci ilə bu göstərici 50 faiz təşkil edəcəkdir.
Ekspertlərin hesablamalarına görə, 2011-ci ildə Qərbi Avropa əhalisi arasında planşetlərin yayılma dərəcəsi 7 faizlə ölçülürdüsə, cəmi 1 il sonra bu rəqəm nəzərə çarpacaq dərəcədə artmışdır.
iPad və onun davamçılarının ən yüksək populyarlığı Hollandiyada qeydə alınmışdır. Belə ki, burada hər 5-ci sakin planşetdən istifadə edir. İspaniyada hər 100 nəfərə – 18, İtaliyada – 16, Böyük Britaniyada – 15, Fransada isə cəmi 9 qurğu düşür.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun dailycomm.ru saytına istinadən məlumatına görə, bu gün Qərbi Avropada planşetlər yalnız dəbdə olan qadcet deyil, həm də olduqca faydalı qurğular hesab olunduğundan, onların yayılma dərəcəsinin artacağı gözlənilir. 2017-ci ilə regionda 147 milyon planşet işləyəcək ki, bu da 2012-ci illə müqayisədə 33 faiz çoxdur.
Şirkətdə, həmçinin insanların planşetlərdən nə məqsədlə istifadə etdiklərini də aydınlaşdırmışlar. İstifadəçilər qurğulardan əsasən internetə daxil olmaq, elektron poçtu yoxlamaq, sosial şəbəkələrdən istifadə, müxtəlif oyunlar və şəkillərə baxmaq məqsədilə yararlanırlar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*