Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Mərkəzi Bank ali məktəb tələbələri arasında müsabiqəyə start verdi

Mərkəzi Bank ali məktəb tələbələri arasında müsabiqəyə start verdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Merkezi_Bank

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinə istinadən məlumatına görə, Mərkəzi Bank ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı” mövzusunda referat müsabiqəsinə başlayıb. Müsabiqə iştirakçıları müsabiqənin mövzusuna uyğun hazırladığı referatın bir nüsxəsini (elektron və çap nüsxəsi olmaqla), həmçinin şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini Mərkəzi Banka təqdim etməlidirlər. Müsabiqə iştirakçıları AMB-nin internet səhifəsində müsabiqə üçün yaradılan bölmədəki anketi dolduraraq onu referatla birlikdə müvafiq elektron ünvana onlayn şəkildə də təqdim edə bilərlər.
Müsabiqənin qalibləri aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

– Bir I yer – 300 manat;
– İki II yer – 200 manat;
– İki III yer – 100 manat.
Bundan başqa, qaliblərə Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə buraxılmış xatirə sikkəsi hədiyyə ediləcəkdir.
Referatlar 10 aprel 2013-cü il saat 18.00-dək təqdim edilməlidir. Müəyyən edilmiş vaxtdan gec təqdim edilmiş referatlar qəbul olunmur.
Müsabiqənin Qaydaları və ona dair daha ətraflı məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində (http://www.cbar.az) yerləşdirilmişdir.
Əlaqələ koordinatları:
Telefon: 4938946/23 (daxili 109)
Email: Rovshan_Ganiyev@cbar.az

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*