Home » Sosial, Təhsil sektoru, Ümumi » Türkiyədə təqaüdlə ali təhsil almaq istəyənlərin nəzərinə

Türkiyədə təqaüdlə ali təhsil almaq istəyənlərin nəzərinə

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Turk_Bayrak

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Türkiyədə magistratura və doktorantura təhsili almaq istəyən tələbələr üçün Türkiyə Respublikasının təmin etdiyi “Türkiye Bursları”na müraciətlər başlanıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Son müraciət tarixi 31 mart 2013-cü il olaraq müəyyən edilib. Magistratura və doktorantura təqaüdləri üçün müraciət haqqında geniş məlumat aşağıda təqdim olunur.
Bakalavr təhsili üçün müraciətlər isə may ayından etibarən alınmağa başlanacaq.
Bakalavr məzunları ya da bu tədris ili sonunda məzun olacaq bakalavrlar “Türkiye Bursları” üçün müraciət edə bilərlər. Magistratura təhsil proqramı üçün müraciət edəcək şəxslər 01.01.1983, doktorantura təhsil proqramı üçün müraciət edəcək şəxslər isə 01.01.1978 və ya daha kiçik təvəllüdlü olmalıdır.
Bundan əlavə, hal hazırda Türkiyədə hər hansı eyni səviyyəli təhsil proqramı çərçivəsində təhsil alan namizədlər bu proqram üçün müraciət edə bilməzlər.
Təqaüd Proqramına aylıq təqaüd, universitetin təhsil haqqı, sağlamlıq sığortası, yataqxana, türk dili təhsili, gəliş-gediş (ilk qeydiyyat və məzun olanda) yol xərcləri daxildir.
Müraciətlər www.turkiyeburslari.gov.tr və ya www.trscholarships.org internet adresləri vasitəsilə edilə bilər. İnternet üzərindən müraciət edəcək namizədlər əvvəlcə istifadəçi adı və şifrə alaraq yeni bir müraciət hesabı açacaqlar. Sistemə bu hesabla daxil olan namizədlər müraciət formasını doldurduqdan sonra tələb olunan sənədləri sistemə daxil edərək müraciətlərini tamamlayacaqlar.
“Türkiye Bursları” üçün müraciətlər sadəcə Türkiyə Respublikasının Baş Nazirliyi yanında Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığının (Başbakanlık Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) açdığı, yuxarıda adresi verilmiş internet səhifələri üzərindən online şəkildə həyata keçirilə bilər. “Türkiye Bursları” üçün müraciət etmək istəyən namizədlər, istifadəçi hesabı açaraq məlumatlarını daxil etmək və sənədlərini skanerdən keçirərək sistemə yükləyib müraciətlərini individual olaraq həyata keçirə bilərlər.
Bir daha diqqətinizə çatdırmaq istərdik ki, “Türkiye Bursları” üçün müraciət tamamilə ödənişsizdir və sistem hər bir namizədin fərdi müraciətinə imkan verir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*