Home » Beynəlxalq, Diaspora, Ümumi » Amerikada Qarabağa həsr olunan poçt markaları buraxıldı

Amerikada Qarabağa həsr olunan poçt markaları buraxıldı

Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunan poçt markaları çap etdirib. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Satış üçün nəzərdə tutulmuş bu poçt markaları “Qarabağ: Keçmişə və gələcəyə baxış” layihəsinin bir hissəsidir. Markaların üzərində Qarabağın tarixi abidələri, qədim alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları hədiyyə olaraq ABŞ-ın tanınmış kolleksiyaçılarına da təqdim edəcək.
Qarabağ Fondu ABŞ-da yaradılıb və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı Amerikalılara tanıtmaq, xalqımızın mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*