Ərəb milyarderi Twitterə 300 milyon dollar sərmayə qoydu
|
Səudiyyə Ərəbistanı milyarderi Şshzadə Əlvalid bin Tələlin şirkəti, Twitter sosial media saytına 300 milyon dollar investisiya yatırdığını elan edib. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Kindgom Holding Company bəyanatında deyib ki, sərmayə “bir neçə ay danışıqlardan sonra” həyata keçirilib.
Dünyanın ən varlı şəxslərindən olan şahzadənin bir çox tanınmış şirkətlərdə, o cümlədən News Corporation-da payı var.
O, həmçinin Ərəb dünyasında bir çox media qruplarına sərmayə yatırıb.
“Twitterdə sərmayəmiz bizim qlobal nüfuza malik, sürətlə inkişaf edən bizneslərə sərmayə yatırmaq üçün uyğun imkanları müəyyənləşdirmək bacarıqlarımızı bir daha təsdiq edir” – Şahzadə Əlvalid deyib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒