World Soccer jurnalı ən çox pul qazanan futbolçuların adlarını açıqladı
|
Nüfuzlu World Soccer jurnalının versiyasına görə, isveçli futbolçu Zlatan İbrahimoviç dünyada ən çox gəlir əldə edən futbolçudur. Onun illik qazancı 14,67 milyon avrodur. AgahMedia.Com informasiya portalının ANS Press-ə isinadən məlumatına görə, Zlatan İbrahimoviç Madridin “Real” klubunun portuqaliyalı üzvü Kriştiano Ronaldo və Fransanın “Monako” klubunun kolumbiyalı forvardı Radamel Falkaonu qabaqlayıb.
World Soccer-in versiyasına görə, dünyanın ən çox gəlir əldə edən futbolçuları:
1. Zlatan İbrahimoviç (PSJ) – 14,67 milyon avro
2. Kriştiano Ronaldo (“Real”) – 14, 40 milyon avro
3. Radamel Falkao (“Manako”) 14,15 milyon avro
4. Tiaqo Silva (PSJ) – 12,15 milyon avro
5. Lionel Messi (“Barselona”) – 10,7 milyon avro
6. Qaret Beyl (“Real”) – 9,46 milyon avro
7. Xavi (“Barselona”) 8,07 milyon avro
8. Andres İnyesta (“Barselona”), 8,07 milyon avro
Bu kontentin portalımızda yayınladığı tarix : 08/02/2014Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒