Home » Beynəlxalq, Ümumi » Vaşinqtonda etiraz dalğası…

Vaşinqtonda etiraz dalğası…

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, Vaşinqtonda meydanlarda çadırlar qurub, burada hətta uşaqları və ev heyvanarı ilə birgə daimi məskən salanlar da var. Çadırları və yorğan-döşəkləri ilə yanaşı, ev heyvanlarından mətbəx ləvazimatlarına qədər hər şeyi MakPerson parkına gətirən etirazçıların, burada hər kəsin istifadə edə biləcəyi “kitabxanası”, “tibb məntəqəsi”, “yeməkxanası” və hətta paltar deposu belə var.
ABŞ-da işsizlik və maliyyə böhranı əleyhinə Wall Street-də başlayan etirazçılar tələblərini indi Ağ Evin qarşısında səsləndirir. Nümayişçilər tələbləri yerinə yetirilənədək ərazini tərk etməyəcəklərini vurğulayır. Mitinqçilər arasında Vyetnam, İraq və Əfqanıstan müharibələrinin iştirakçıları da var. Onlar İraq və Əfqanıstanda müharibələrin əsas günahkarı saydıqları Corc Buşun mitinqə gəlməsini tələb edib.
Amerika paytaxtının bu mənzərəsi görünür bir müddət elə bu cür qalacaq. Çünki, etirazçılar şərtlər nə olursa-olsun, qışı da burada keçirməkdə qərarlıdırlar.
Amerika paytaxtında “çadırlı” etirazın digər bir dayanacağı isə Müstəqillik Meydanıdır. Ağ evin yanında yerləşən, Konqresdən isə 15-20 dəqiqəlik məsafədə, şəhərin mərkəzində olan bu tarixi meydan artıq “Wall Street-i işğal et” etirazlarını dətəkləyənlərin mərkəz nöqtəsinə çevrilib. Burada gənclərdən daha çox orta yaşlı insanlara, xüsusilə də müharibə veteranlarına rast gəlmək mümkündür. Aksiya “Fərqli qruplar, amma eyni məqsəd” şüarı keçirilir. Buradakı etirazçıların da məqsədi, qoyulan sərmayələrin müharibələrə deyil, təhsil sisteminə, sosial sahələr yönəlməsinə nail olmaqdır . Onlar düşünurlər ki, Amerika Əfqanıstanda, İraqda müharibə aparmaqla pulunu, insan potensialını boş yerə sərf edib və bu meydandakı etirazçılar da ən azı 4 ay burada qalmağı planlaşdırılar.Bu günə kimi elə bir ciddi mane ilə qarşılaşmayan etirazların nə vaxta qədər davam edəcəyi isə hələ ki, məlum deyil.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*