Home » Maraqlı, Ümumi » Fransalı nazir “Twitter”də biabır oldu

Fransalı nazir “Twitter”də biabır oldu

Fransanın sənaye naziri Erik Besson “Twitter”də özündən 29 yaş kiçik tunislii həyat yoldaşı Yasəmin Bessona göndərdiyi “Evə gəlirəm, yataqda görüşərik…” mesajını səhvən digər istifadəçilərlə paylaşıb. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, onun mesajı bir neçə dəqiqə içərisində 14 min adam tərəfindən oxunub. Mesajı səhv göndərdiyini başa düşən nazir yazını silsə də, onun etdiyi səhv cavabsız qalmayıb. Ona dostları tərəfindən “Sizə xoş əyləncələr” kimi çoxlu cavab mesajlar gəlib. Dostları üçün üzrxahlıq mesajı yazan nazir “Bu mənə dərs olsun, bundan sonra “göndər” və “paylaş” düymələrini səhv salmaram. Artıq yuxum qaçdı, bu gecə yatağa girməyəcəyəm”, – deyə bildirib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*