Home » Sosial, Təhsil sektoru, Ümumi » DİM universitetlərə və kolleclərə qəbul imtahanlarının vaxtlarını açıqlayıb…

DİM universitetlərə və kolleclərə qəbul imtahanlarının vaxtlarını açıqlayıb…

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsinin, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsinin , həmçinin əlavə tədris və xarici dil imtahanlarının keçiriləcəyi tarixlər elan edilib.

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, imtahanların aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 1 iyul 2021-ci il tarixində

Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı 1 iyul

Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan 1 iyul

Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı 1 iyul

Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı 1 iyul

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
III ixtisas qrupu 14 iyul
II ixtisas qrupu 15 iyul
I ixtisas qrupu 27 – 28 iyul
IV ixtisas qrupu 28 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*