Home » Sosial, Təhsil sektoru, Ümumi » Universitetlərin boş qalan plan yerlərinə tələbə qəbulu başladı

Universitetlərin boş qalan plan yerlərinə tələbə qəbulu başladı

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) aldığı məlumata görə, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatına start verilib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*