Home » Beynəlxalq, Siyasət, Ümumi » Türkiyənin yeni hökuməti bəlli oldu

Türkiyənin yeni hökuməti bəlli oldu

İyulun 6-da Türkiyənin yeni hökumətinin tərkibi təsdiqlənib. “Trtazerbaycan.com”un məlumatına görə, baş nazir Rəcəb Teyyub Ərdoğan Çankaya Köşkündə prezident Abdulla Güllə görüşdükdən sonra Nazirlər Kabinetinin tərkibini açıqlayıb. Yeni kabinetdə 6 yeni nazirə yer verilib, 3 nazirin isə yeri dəyişdirilib:

Baş nazir müavinləri – Bülənt Arınç, Əli Babacan, Bəşir Atalay, Bəkir Bozdağ
Ədliyyə naziri – Sahullah Ərgin
Ailə və sosial siyasət naziri – Fatma Şahin
Avropa Birliyi naziri – Egemen Bağış
Elm, sənaye və texnologiya naziri – Nihat Ərgün
Əmək və sosial təhlükəsizlik naziri – Faruk Çəlik
Ekologiya və şəhərsalma naziri – Ərdoğan Bayraqdar
Xarici işlər naziri – Əhməd Davudoğlu
İqtisadiyyat naziri – Zəfər Çağlayan
Enerji və təbii sərvətlər naziri – Taner Yıldız
İdman və gənclər naziri – Suat Kılıç
Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri – Mehdi Eker
Gömrük və ticarət naziri – Həyati Yazıçı
Daxili işlər naziri – İdris Naim Şahin
İnkişaf naziri – Cevdət Yılmaz
Mədəniyyət və turizm naziri – Ərtoğrul Günay
Maliyyə naziri – Mehmet Şimşək
Təhsil naziri – Ömər Dinçər
Müdafiə naziri – İsmət Yılmaz
Meşə və su işləri naziri – Veysəl Əroğlu
Səhiyyə naziri – Rəcəb Akdağ
Nəqliyyat naziri – Binəli Yıldırım.

AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, yeni hökumətin ilk toplantısı iyulun 7-də keçiriləcək. Cümə günü isə hökumət proqramı parlamentə təqdim olunacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*