Türkiyənin 100 ən zəngin ailəsinin adları açıqlandı
|
Türkiyənin «Ekonomist» jurnalı 2011-ci il üçün ölkənin 100 ən zəngin ailəsinin siyahısını dərc edib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə,Siyahıya sərvəti 8 mlrd. dollardan çox olan “Koç Holdinq”ə sahib olan Koç ailəsi başçılıq edir.
İkinci yerdə qərarlaşan “Doğuş Holdinq”ə sahib olan Şahenk ailəsinin 6-8 mlrd. dollar sərvəti var.
Üçüncü yerdə yenə də 6-8 mlrd. dollarla “Sabancı Holdinq”in sahibi Erol Sabancı gəlir.
İlk onluğun sonrakı sıralaması belədir:
4- “Ülkər Qrup”un sahibi olan Ülkər ailəsi (6-8 mlrd. Dollar)
5- “Enka Holdinq”in sahibi Şarık Tara (5-6 mlrd dollar)
6- “Eczacıbaşı holdinq”ə sahib Eczacıbaşı ailəsi (5-6 mlrd dollar)
7- “Doğan Holdinq”ə sahib Doğan ailəsi (4-5 mlrd dollar)
8- “Cukuroba holdinq”in sahibi M.Emin Qaramehmet (4-5 mlrd dollar)
9- “Anadolu Qrup”in sahibi olan Yazıcı ailəsi (4-5 mlrd dollar)
10 – “Habaş Qrup”a sahib Mehmet Başaran (4-5 mlrd dollar.
Siyahıda sərvəti milyardlarla ölçülən xeyli iş adamı var. Ümumilikdə siyahıda sonuncu yerdə 300-500 mln. sərvətlə “Güral Qrup”a sahib olan Güral ailəsi qərərlaşıb.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒