Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək…

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata görə, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 10 mart tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə …

Dövlət İmtahan Mərkəzi 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib…

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, bu dəfə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant vəzifə), Təhsil Nazirliyi (8 vakant vəzifə),Dövlət Statistika Komitəsi (2 vakant vəzifə), Maliyyə Nazirliyi (1 vakant vəzifə) və Səhiyyə …

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elanı

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 dekabr 2017-ci il tarixindən 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir. AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və …

Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan etdi…

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın …

Vergilər Nazirliyində işə qəbul üzrə müsabiqə elanı…

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. AgahMedia.Com informasiya portalının Vergilər Nazirliyindən aldığı məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsi ilə 05.01.2017-ci il tarixdən 18.01.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet …

Dövlət Fitosanitar Nəzarəti Xidməti işçilər axtarır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, Bitki və bitkiçilik məhsullarının analizi, Bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı, böyük aqrotexnik vəzifələrinin və rayonlar üzrə …

Turizm şirkətlərində, otellərdə işləmək istəyənlərin nəzərinə!…

Oktyabrın 28-də Turizm və Menecment Universitetinin nəzdindəki Bakı Turizm Peşə Məktəbində əmək yarmarkası keçiriləcək. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbir tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərmək məqsədilə planlaşdırılıb. Nazirliyin sektor müdiri Bəxtiyar Qılınc bildirib ki, “Karyerada ilk addım” adlı əmək yarmarkasında turizm sənayesində çalışan …

Təhsil Nazirliyi müəllimlər üçün əlavə yerləşdirmə elan etdi

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq. 3-5 sentyabr 2016-cı il tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, …

3346 vakant yer üçün 32 minə yaxın müəllim rəqabət aparacaq

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi (elektron ərizələrin qəbulu) başa çatıb. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31779 nəfərin elektron ərizəsi təsdiq edilib. Test mərhələsinin keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndəriləcək. Hazırda respublikanın …

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına start verildi

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi …

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə,respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaqdır. Ötən illərdən fərqli …

“Azərbaycan Dəmir Yolları” QSC işçi yığımına start verdi

“Azərbaycan Dəmir Yolları” kütləvi olaraq işçi qəbuluna başlayıb. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bu barədə açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, artıq 300 nəfər işə qəbul olunub. Mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub: “Bu 2 min nəfər bizim İnfrastruktur Departamentində işləyəcəklər. Əsasən fəhlə …

“Azersun Holding”dən yeni iş elanları

  AgahMedia.Com informasiya portalının məlumatına görə,“Azersun Holding” Satış təmsilçisi, Hüquqşünas, Marka Rəhbərinin Assistenti vakansiyaları üzrə işçi qəbulu elan edib. Maraqlananlar aşağıdakı müvafiq linklər vasitəsilə ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, bu elanlar üzrə müraciətlər satış təmsilçisi vakansiyası üzrə 10.12.2015, hüquqşünas vakansiyası üzrə 12.12.2015, marka rəhbərinin assistenti vakansiyası üzrə isə 20.12.2015 tarixinədək qəbul …

Azərbaycan Dövlət Pedaqoji Universitetinə müəllimlər tələb olunur

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universiteti vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir. Boş olan kafedra müdiri (Fəlsəfə və sosial fənlər kafedrası) vəzifəsini tutmuq üçün namizəd elmlər doktoru, professor və ya fəlsəfə doktoru, dosent olmalıdır. Kafedralar üzrə boş olan aşağıdakı vəzifələri tutmaq üçün: 1. Azərbaycan dilçiliyi – baş müəllim …

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!…

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir. AgahMedia.Com informasiya portalının Komissiyanın rəsmi saytına istinadən məlumatına görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar 17 oktyabr 2014-cü il tarixdən 17 noyabr 2014-cü il tarixdə saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyənlər isə …

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir. Vakant vəzifələr haqqında ətraflı məlumat linki >>>  http://csc.gov.az/aze/index.php?option=com_content&view=article&id=3128&Itemid=445&lang=az AgahMedia.Com informasiya portalının Komissiyanın rəsmi saytına istinadən məlumatına görə, müsabiqədə iştirak etmək üçün vətəndaşlar 26 sentyabr 2014-cü il tarixdən 27 oktyabr 2014-cü il tarixdə …

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna start verildi

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, iyulun 1-dən Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 …