Növbəti 5 il Dövlət Neft Şirkəti Türkiyənin energetika sektoruna 17 mlyard dollar sərmayə yatıracaq. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu barədə məlumatı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla görüşündə bildirib. Tərəflər arasında enerji sektorunda mövcud vəziyyət və əməkdaşlıq perspektivləri müzakirə olunub. …