AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Rovneq_Abdullayev

Növbəti 5 il Dövlət Neft Şirkəti Türkiyənin energetika sektoruna 17 mlyard dollar sərmayə yatıracaq. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu barədə məlumatı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla görüşündə bildirib. Tərəflər arasında enerji sektorunda mövcud vəziyyət və əməkdaşlıq perspektivləri müzakirə olunub. Rönəq Abdullayev qeyd edib ki, dövlət Neft Şirkətinin Türkiyədə həyata keçirdiyi layihələr uğurla davam etdirilir. Türkiyəli nazir Taner Yıldız isə TANAP layihəsinə toxunaraq onun təkcə region üçün deyil, Avropa üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir