AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Rusiyali_milyarder_Yelena_Baturina

Məşhur “Forbes” dərgisi Rusiyanın ən zəngin qadınlarının siyahısını açıqlayıb. AgahMedia.Com portalının “Azadinform” agentliyinə istinadən məlumatına görə, siyahıda Moskvanın keçmiş bələdiyyə başçısı Yuri Lujkovun xanımı Yelena Baturina 1,1 milyard dollarlıq sərvətiylə ilk yeri tutub.
“Sadrujestva” şirkətinin başçısı Natalya Lutsenko 550 milyonla ikinci, “Kapital” şirkətinin idarəçisi Olga Beyatseva 400 milyon dollarla 3-cü sırada qərarlaşıb. Rusiyanın ən zəngin 20 qadınının iştirak etdiyi siyahıda “Bahetle” marketlər qrupunun sahibi Muslima Latıpova, “Kasperski”nin qurucularından olan Natalya Kasperskaya, “Taif” şirkəti ortağı Guzeliya Safina, “S7” hava yolu şirkətinin idarə heyətinin başçısı Natalya Fileva və “Lukoil” neft şirkətinin vitse-prezidenti Lubov Hoba ilk onluğa girməyi bacarıb.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir